SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Dövlət Radiosu internetdən yayıma başlayıb

3-04-2017, 14:16 | Oxunub: 11 320 |

Naxçıvan Dövlət Radiosu internetdən yayıma başlayıb
Naxçıvan Dövlət Radiosu internetdən yayıma başlayıb
Bu il yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirədə Ali Məclisin Sədri televiziyanın və radionun efir vaxtının bir saat artırılması, rayonlarda müxbir postlarının yaradılması və radionun internet üzərindən yayıma başlaması barədə tapşırıqlar verib. Verilən tapşırıqlar icra olunub, teleradionun efir vaxtı daha bir saat artırılıb, müxbir postlarının fəaliyyəti təmin edilib və Naxçıvan Dövlət Radiosu internet üzərindən yayıma başlayıb.

Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək televiziyanın keçdiyi inkişaf yolundan danışıb. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib, teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib, rəqəmsal formatda HD yayımı təmin edilib. İstər Naxçıvan Dövlət Televiziyasında, istərsə də Naxçıvan Dövlət Radiosunda yaradılan maddi-texniki baza öz növbəsində yaradıcı işin keyfiyyətinə də təsir edib. Əgər əvvəllər Naxçıvan Dövlət Televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 20-25 faizini təşkil edirdisə, hazırda bu rəqəm 65-70 faizədək yüksəlib. Son illər ərzində 60-dan artıq sənədli və televiziya filmi çəkilib. Sahil Tahirli yaradılan şəraitə və göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, bu gün Naxçıvanda radionun fəaliyyətə başlamasının 85-ci ildönümü tamam olur. Teleradionun ötən dövrdə keçdiyi yola nəzər saldıqda aydın olur ki, onun inkişafının əsas mərhələsi son 20 ilə düşür. 1996-cı ildən müstəqil kanalda yayımlanmağa başlayan teleradionun efir vaxtı əvvəlcə 4, sonra isə ardıcıl olaraq 8, 14 və 17 saatadək artırılıb.

“Şübhəsiz ki, muxtar respublika rəhbərinin himayəsi olmasaydı, Naxçıvan Dövlət Televiziyası və Radiosu bu inkişafa nail ola bilməzdi”, - deyən Ali Məclis Aparatının rəhbəri hörmətli Sədrimizin qayğısı nəticəsində Naxçıvan Dövlət Televiziyası və Radiosunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü də diqqətə çatdırıb. Vurğulanıb ki, ötən dövrdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binasında yenidənqurma işləri aparılıb, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, kompüter dəstləri alınıb, teleradio müasir texniki avadanlıqlarla təchiz edilib, yeni studiyalar, müasir iş və efir şəraiti yaradılıb, Naxçıvan Dövlət Televiziyasının internet üzərindən yayımına başlanıb.

Diqqətə çatdırılıb ki, televiziyanın maddi-texniki bazasının gücləndirilməsi və işin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisində kütləvi informasiya vasitələrinin fəaliyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə Ali Məclisin Sədri televiziyanın və radionun efir vaxtının bir saat da artırılması, rayonlarda müxbir postlarının yaradılması və onların fəaliyyətinin təmin olunması, radionun internet üzərindən yayıma başlaması barədə tapşırıqlar verib. Verilən tapşırıqlar qısa müddətdə icra olunub, rayon icra hakimiyyətlərinin binalarında müxbir postları üçün iş otaqları ayrılaraq telefon və kompüterlə təmin edilib, videomaterialların sürətli və təhlükəsiz ötürülməsi üçün “İntranet” şəbəkəsi quraşdırılıb. Bu gün - Naxçıvan Dövlət Teleradiosunun 85 illiyi günündə isə Naxçıvan Dövlət Televiziyasının və Radiosunun efir vaxtı bir saat da artırılaraq 18 saata çatdırılıb, radionun internetdən canlı olaraq yayımına başlanıb.

Ali Məclis Sədrinin qayğısı ilə televiziya və radioda mərhələli şəkildə görülən bu işlər, dövlət televiziya və radiosunun internetdən dünyaya yayımlanması yaradıcılıq və texniki imkanları artırmaqla yanaşı, həm də Naxçıvanda informasiya blokadasının yarılmasına hesablanıb. Bütün bunlar, eyni zamanda, muxtar respublika rəhbərinin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi qayğının parlaq ifadəsidir. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, televiziyanın və radionun öz istehsalı olan verilişlərin həcmi və keyfiyyəti artırılmalı, balanslaşdırılmış proqram siyasəti aparılmalı, müxbir postlarının fəaliyyəti səmərəli olmalıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”. Ali Məclis Aparatının rəhbəri bu vəzifələrin icrasında uğurlar arzulayıb, əldə olunan nailiyyətlər və Naxçıvan teleradiosunun 85-ci ildönümü münasibətilə kollektivi təbrik edib.

Naxçıvan televiziyasının gənc əməkdaşı İradə Quliyeva bildirib ki, bu gün artıq Naxçıvan televiziyası rəngarəng veriliş və proqramlarla tamaşaçı və dinləyicilərin görüşünə gəlir. Əldə olunan bütün bu nailiyyətlərin hər biri dövlət qayğısının, televiziyamıza ayrılan diqqətin sayəsində mümkün olub. Yaradılan şəraitə və göstərilən qayğıya görə yaradıcı gənclər adından minnətdarlığını ifadə edən İradə Quliyeva bundan sonra da səylə çalışacaqlarını bildirib.


Tədbirdə Naxçıvan teleradiosunun səmərəli fəaliyyət göstərən bir qrup əməkdaşına mükafatlar verilib.

Sonra Naxçıvan Dövlət Radiosunun naxcivantv.az saytı üzərindən yayımının təqdimatı olub. Bildirilib ki, həm kompüter, həm də mobil telefonlardan naxcivantv.az saytına daxil olaraq Naxçıvan Dövlət Radiosunu dinləmək mümkündür. Bununla da artıq Naxçıvan Dövlət Radiosu efir ərazisini genişləndirərək həm ölkədə, həm də dünyada dinləniləcək.

Aprelin 1-dən etibarən muxtar respublikanın rayonlarında Naxçıvan Televiziyasının müxbir postları da fəaliyyətə başlayıb. Yeni yaradılan müxbir postları Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon İcra Hakimiyyətlərinin binalarında yerləşir. Rayon icra hakimiyyətlərinin hər birində müxbir postları üçün ayrıca otaq ayrılıb, videomaterialların sürətli ötürülməsini təmin etmək məqsədi ilə müasir və sürətli kompüterlərdən istifadə olunaraq “İntranet” şəbəkəsi quraşdırılıb. Bu şəbəkə audio və videomaterialların mərkəzə sürətlə ötürülməsini və operativliyi təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq, çəkilişlər üçün ayrılan xərcləri minimuma endirəcək.

Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyası gündəlik efirini səhər saat 08:00-da başlayacaq və gecə saat 02:00-da başa çatdıracaq. Naxçıvan Dövlət Radiosu isə səhər saat 07:00-dan gecə saat 01:00-dək efirdə olacaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR