SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda iki dövlət qurumuna xidməti avtomobillər təqdim olunub

4-05-2017, 11:55 | Oxunub: 12 523 |

Naxçıvanda iki dövlət qurumuna xidməti avtomobillər təqdim olunub
Naxçıvanda iki dövlət qurumuna xidməti avtomobillər təqdim olunub
Naxçıvan Dövlət Televiziyasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xidməti avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosu böyük inkişaf yolu keçib. Son 20 ildə teleradio müstəqil kanalda yayımlanmağa başlayıb, televiziyanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Dövlət televiziyasının və radiosunun efir vaxtı 18 saatadək artırılıb, teleradionun internet üzərindən yayımı təşkil edilib. Yaradılan şərait muxtar respublikanın iqtisadi inkişafını, sosial mədəni tərəqqisini və turizm potensialını bütün dünyada təbliğ etməyə imkan verir. Bu gün təqdim olunan “Toyota” markalı avtomobil televiziyanın maddi-texniki bazasını daha da gücləndirməklə yanaşı, həm də səyyar çəkiliş imkanlarını artıracaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli Naxçıvan teleradiosunun hərtərəfli inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından dərin minnətdarlığını bildirib.

Məlumat verilib ki, “Toyota” markalı avtomobil yüksək texniki imkanlara malikdir. Avtomobildən səyyar çəkilişlərdə və televiziya avadanlıqlarının daşınmasında istifadə ediləcək.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə də yerli istehsal olan “NAZ-Lifan-620” markalı 4 xidməti avtomobil təqdim olunub.
Qeyd edilib ki, avtomobillər xidmətin fəaliyyətinin güclənməsinə və işlərin daha rahat təşkilinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik Elxan Əliyev avtomobillərin təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlıq ediblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR