18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ağsu aşırımında sürüşmə aktivləşdi, uçqun baş verdi
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib.
Emtv.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında faktı təstiqləyib.
O bildirib ki, Ağsu aşırımının bir neçə ərazisində aktiv sürüşmə nöqtələri var: “Xüsusən intensiv yağıntılar zamanı həmin ərazilərdə müəyyən aktivlik müşahidə olunur. Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər görülür. Hazırda aşırımda vəziyyət normaldır, hərəkətdə hər hansı problem yoxdur”.
Sevinc Əlimova, Emtv.az
Paylaş: