18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Bu ərazilərdə sürüşmə aktivliyi var – Diqqət
Ölkənin sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərində monitorinqlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən iyun ayında Bakı və Abşeron yarımadasında, ölkənin rayonlarında ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib.
Aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınsa da, Zığ-1, Masazır, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.
Belə ki, Suraxanı rayonu, Əhmədli qəsəbəsi Zığ-1 sürüşmə zonasında lokal sahədə sürüşmə proseslərinin dinamikasında nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb. Günəşli yaylası-oturma sahəsində torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.
Astara rayonunun Kijəbə, Miki sürüşmə sahələrində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 27-29-cu və 45-47-ci, 17-19-cu kilomertliyində, Lənkəran rayonunun Horavenç, Gəgiran sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar sürüşmə sahəsində, Gədəbəy rayonu Şahdağ, Pirdağ, Arıqıran sürüşmə sahəsində, Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində, Ağsu rayonu Sanqalan sürüşmə sahəsində, İsmayıllı rayonu İstisu, Sədiyan, Xankəndi sürüşmə sahələrində, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.
Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.
Emtv.az