SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb – Nazirlik

2-08-2017, 11:02 | Oxunub: 7 640 |

Bir neçə yerdə yeni sürüşmə sahələri yaranıb – Nazirlik
“Ötən ay Zığda lokal sahələrdə texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Masazır qəsəbəsində, “Zəli gölü” adlı ərazidə təbii və texnogen amillərin təsirindən isə sürüşmə və uçqun prosesinin nisbi aktivləşməsi qeydə alınıb”.

Emtv.az xəbər verir ki, bunu apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. İyul ayında Astarada – Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunduğunu vurğulayan ekspedisiya rəisi bildirib ki, Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci kilometrliyindəki sürüşmə sahələri aktivləşib: “Masallıda Güllütəpə və Zuvand sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb və hər iki kəndin ərazisində bir neçə yerdə lokal sürüşmə sahələri əmələ gəlib. Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyindəki sürüşmə sahəsinin parametrlərində artım olub. Bundan başqa, Cəlilabadda Çinar sürüşmə sahəsində də aktivləşmə baş verib”.

Ə. Qaralovun sözlərinə görə, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-liyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb, bir neçə lokal sahədə çökmə prosesi yaranıb: “Eyni zamanda, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin parametrlərində də nisbi artım qeydə alınıb. Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib. Şabranda Surra sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunmaqdadır. Şabranın Qazbabalı sürüşmə sahəsi üzərində olan çatların parametrləri isə artıb”.

Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhərinin 48 – A məhəlləsindəki sürüşmə sahəsinin dinamikasında ciddi artım qeydə alınıb: “Nəticədə sürüşmə sahəsi üzərində qeydə alınmış çatların ölçüləri artıb. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım qeydə alınıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsi sahədə sürüşmə prosesi aktivləşib. Nəticədə uçqun – töküntü hadisələri olub, ərazidə bir neçə yerdə yol boyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Ay ərzində Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsi aktivləşib”.

Nazirlik rəsmisi onu da bildirib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-dəki sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb: “İsmayıllıda Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyi sürüşmə sahəsində aktivlik müşahidə olunub. Sədiyan sürüşmə sahəsi ay ərzində ərazidə nisbi aktivlik qeydə alınıb, sürüşmə sahəsi üzərində çökmə – oturma prosesi baş verib, sürüşmə sahəsinin parametrləri artıb”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR