SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Polisdən Lotu Qulinin düşmənlərinə sarsıdıcı zərbə

6-08-2018, 17:56 | Oxunub: 12 011 |

Polisdən Lotu Qulinin düşmənlərinə sarsıdıcı zərbə

İspaniya polisi azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun (Loru Quli) Avropadakı əsas rəqibi Merab Canqveladzenin (Merab Suxumski) ən yaxın silahdaşları olan üç kriminal avtoritet Laşa Brateli (Çia), İrakli Pipiya(İka) və Artyom Sarqsyan ( Artyom Saratovski) həbs edib. Onları İspaniyanın Marbeli şəhərində restoranların birində həbs ediblər.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, İspan polisi bununla da Avropa “obşyakı” uğrunda gedən “qızğın müharibədə” Merabın klanına sarsıdıcı zərbə vurmaqla onu oyundan çıxarıb.

Merab Suxumskinin həbs edilən hər üç silahdaşına qarşı ölümə cəhd və mafioz qruplaşmalara saxta sənəd düzəltməklə bağlı ittiham irəli sürülrək, barələrində cinayət işi açılıb.

İspaniya polisinin verdiyi xəbər görə, hər üç “qanuni oğru” restoranda bu ölkədə yerləşəcək rəqib dəstənin üzvünün sıradan çıxarılması planını müzakirə edirlərmiş. Bununla da onlar Avropada öz güclərini nümayiş etdirmək istəyirlərmiş.

2018-ci ilin iyununda İspaniyada MDB ölkələrindən olan 129 nəfər mafiya üzvü həbs edilib.

“Rosbalt”ın verdiyi xəbərə görə, 2010-cu ilədək Avropada ən güclü mafioz klan Laşa və Kaxabera Şuşanaşvili (Laşa və Kaxa Rustavski) qardaşalrı olub. Onlar faktiki olaraq Avropanın “obşyak”ı rolunu oynaya biliblər.

2010-cu ildə ispan polisinin həyata keçirdiyi əməliyyat nəticəsində Kaxa da daxil olmaqla dəstəsinin onlarla üzvü həbs edilib. 2016-cı ildə Kaxaya isə 15 il həbs cəzası kəsilib. Kaxa İspaniyadan Fransaya ekstradisya olunub. Kaxa qardaşaı Laşa ilə eyni cinayət əmələrində ittiham olunub.

Lasa Kaxadan sonra Yunanıstanda həbs edilib və onun barəsində 14 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb. Lakin Laşa Rustavski 2015-ci ildə azadlığa çıxıb. Buna baxmayaraq, Lasa 2018-ci ildə yenidən Yunanıstanda Fransa polsinin göstərişi əsasında həbs edilib.

Rustavski qardaşların həbsindən sonra həmin klanın nüfuzu Avropada tamamilə itib. Avropada “obşyak” statusuna yeni namizəd kimi Merab Suxumski ortaya qoyub . Merab özü 2013-cü ilə İtaliya polisi tərəfindən həbs edilərək, 4 il azadlıqdan məhrum edilib.
Buna baxmayaraq, onun klanı Avropanı öz təsir dairələrinə almaq uğrunda mübarizəsi davam edib. Merab bu planını ilk olaraq müttəfiqi Rövşən Lənkəranski vasitəsi ilə həyata keçirməyə çalışıb. Rövşənin mənzil-qərargahı Türkiyə olduğundan Merabın da mənzil qərargahı faktiki olaraq bu ölkə olub.


2016-cı ilin avqustunda Rövşən qətlə yetirilməsi ilə onun dsətəsinə ciddi zərbə vurulmuş olur. Merabın dəstəsinə ən sarsıdıcı zərbə isə 2017-ci ilin payızında Lotu Qulinin azadlığa buraxılması olur. Çünki Lotu Quli azadlığa çıxan kimi Türkiyədə yerləşib və qısa zamanda bu ölkədə kriminal aləmdə öz qələbəsini təmin edib.

Onu da qeyd edək ki, daha sonra "rosbalt" yazır ki, Lotu Quli Türkiyədən sonra mövqeyini Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) möhkəmlətməyə nail olub: “Bu ölkəyə səfər edərkən Lotu Quli Əmirlikdə hava limanında Rusiyanın göstərişi əsasında saxlanılsa da, bir neçə saatdan sonra azadlığa çıxıb. Loru Quli Birləşmiş Ərəb Əmirliyində iki ay yaşaraq bu ölkədəki öz nəzarətçilərini təyin etmək imkanı əldə edib. BƏƏ-də öz nəzarətini təmin edən Quli yenidən Türkiyəyə dönür. Hazırda Loru Qulinin hədəfi Avropada öz nəzarətini həyata keçirməkdir. Bunun üçün də növbəti ölkə kimi İspaniya seçilib. Ona görə də Merab Suxumskinin klanı hər vasitə ilı Lotu Qulinin bu ölkəyə girişinə mane olmağa çalışır”.

Lakin Rövşən Lənkəranski olmadan bunu etmək elə də asan məsələ deyil. Merab Qulini Türkiyədə zərərsizləşdirməyə çalışsa da, bu niyyətinə çata bilməyib. Nəticədə Quliyə qəsd etmək istəyənlərin özləri Türkiyədə həbs olundular. Merabın İspaniyada həbs edilən üç silahdaşının həbsi onu deməyə əsas verir ki, burada da onun planları baş tutumayıb və iflasa uğrayıb. Polis Merabın hər üç silhdaşını tərksilah edərək həbs edib.

Aynurə Kərimova, Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR