18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Lənkəranski”nin adamlarının “Lotu Quli”yə qarşı planlaşdırdığı sui-qəsd cəhdində şok faktlar – Telefondakı o fotolar Canıyevi ələ verdi
Kriminal avtoritet “Lotu Quli” Nadir Səlifova qarşı sui-qəsd planı hazırlayan dəstə ilə bağlı yeni faktlar ortaya çıxıb.
Emtv.az xəbər verir ki, İstanbul polisinə yaxalanan “Şirinlər” və “Canıyev” dəstəsi ilə bağlı məlumatı Türkiyə mətbuatı yayıb.
Türkiyə mətbuatının yazdığına görə, Bahçelievlərdəki “Ömür Plaza”da keçirilən xüsusi əməliyyat zamanı kriminal aləmdə “Şirinlər Qrupu” olaraq bilinən “Max” ləqəbli Mehmet Sabri Şirin və yaxınları saxlanılmışdı.
Polis saxlanılanların telefonlarında araşdırma apararkən təsbit edib ki, Nadir Səlifovun qaldığı evi basmaq üçün hazırlanan 14 nəfərlik qrupa “Lənkəranski”nin qardaşı Namiq Canıyev liderlik edib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları zamanı o da məlum olub ki, “Lotu Quli” Azərbaycandan İstanbula getdiyi ərəfədə dəstə üzvləri tərəfindən görüşlər həyata keçirilib.
Bundan əlavə, Canıyevin dəstəsindən olan Orxan İsmayılovun və “Şirinlər” qruplaşmasından olan Hacı Ömər E.-nin telefonlarında eyni evə aid fotolar tapılıb. Həmin fotolarda Nadir Səlifovun yaşadığı evin şəkillər olduğu təsbit edilib.
Polis fotoların kəşfiyyat xarakteri üçün çəkildiyini müəyyən edib. Dəstə üzvüləri cinayət planlarının etiraf etməsələr də telefondakı fotolar dəlil olaraq qəbul edilib, saxlanılanların barəsində həbs qərarı seçilib.
Emtv.az