18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erməni siyasətçi öz ölkəsini işğalçı adlandırdı: “7 rayon Azərbaycana qaytarılmalıdır”
"Erməni milli konqresi” partiyasının funksioneri Zoya Tadevosyan İrəvan da keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağ münaqişəsinin yeganə həlli variantı kimi işağl olunmuş torpaqların Azərbaycana qaytarılmasında görür.
Emtv.az xəbər verir ki, Z. Tadevosyan işğal olunmuş 7 rayonu Dağlıq Qarabağın ərazisi hesab etməyərək, işğaldan azad olunmasını təklif edib.
“Biz bu torpaqları azad olunmuş hesab edirik: Bu auditoriyada əyləşənlər yaxşı anlayır ki, həmin torpaqlar işğal olunub. Ona görə də bu torpaqlar işğaldan azad olunmalıdır”.
Jurnalistin bu torpaqlar geri qaytarılmalıdırmı sualına gəldikdə isə Z.Tadevosyan bunları bildirib:
“Sizin heç biriniz məndən inciməsin, bunu mən həll etmirəm. Bu məsələ həmsədrlərin gündəliyində danışıqlar masasında olub. Odur ki, hörmətli jurnalist, sizin sualınıza cavab vermədiyimə görə məndən inciməyin. Söhbət münaqişənin həlli torpaqların geri qaytarılmasından gedirsə, sözsüz ki, bu doğru addım olardı. Əgər bütün ölkələr bu yola həll etməyə üstünlük verərlərsə…”
Aynurə Kərimova,
Emtv.az