18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
General: "Allah eləsin ki, sülh olsun, yoxsa…"
Qarabağ klanı Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı açıq etiraza başlayıb.
İlk etirazı erməni general Arkadi Ter-Tadevosyan dilə gətirib. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən dəyişikliklərə Tadevosyan etiraz edib.
Tadevosyanın fikrincə, Baş Qərargahın yeni rəisi Artak Davtyan Ermənistan ordusunu idarə etmək üçün peşəkar kadr deyil. Tadevosyan bununla özünün həmyerlisi olan Movses Akopyanın Baş Qərargahın rəhbərliyindən göndərilməsinə qarşı çıxıb.
Tadevosyan bu addımın Paşinyana Qarabağ konfliktini həll etməyə yardım etməyəcəyini deyib. Tadevosyan müsahibəsi zamanı həmçinin “Allah eləsin ki, sülh olsun və hər şey yaxşı olsun” ifadələrini də dilə gətirərək, Ermənistanın Azərbaycan qarşısında dayanmaq imkanının olmadığını etiraf edib.
Erməni general Paşinyanın oğlunun Qarabağa göndərilməsinin digər məmurlara təsir edəcəyinə inanmadığını da deyib.
Qeyd edək ki, Akopyan əslən Qarabağdandır. Xocalı soyqırımının iştirakçılarından biri olan Akopyan Qarabağda uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Akopyan Serj Sərkisyana xüsusi yaxınlığı ilə seçilir.
Emtv.az