18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SİYAQUTDA İBADƏT VƏ MƏRASİM EVİ TİKİLİR
Muxtar respublikamızın bütün bölgələrində, o cümlədən Şərur rayonunda dəfn mərasimlərinin İslam dəyərlərinə uyğun keçirilməsi üçün ayrıca yerlərin yaradılması sakinlər tərəfindən razılıqla qarşılanır.
Emtv.az xəbər verir ki, mİnşa olunan mərasim evləri şaxtalı qış aylarında, yaxud isti yay günlərində dünyasını dəyişənlərin yaxınlarını müəyyən qayğılardan xilas edir, əlavə çətinliklər yaranmasının qarşısını alır.
Hazırda rayonumuzun 24 ünvanında belə yerlər fəaliyyət göstərir. Qarxun, Xanlıqlar, Tumaslı, Ərəbyengicə, Sərxanlı, Zeyvə, Muğanlı, Dərvişlər və digər kəndlərdə isə mərasim evlərinin tikintisi davam etdirilir.
Bir aya yaxındır ki, Siyaqut kəndinin mərkəzində də mərasim evinin tikintisinə başlanılıb. Tikintini «Veysəloğlu» Şirkəti aparır.
Şirkətin nümayəndəsi Fazil Hacıyevin verdiyi məlumata görə, hazırda tikintidə monolit betonlama işləri görülür. 350 kvadratmetr sahəni əhatə edən binada kişilər üçün 150, qadınlar üçün 100 nəfərlik yer nəzərdə tutulub.
Eyni zamanda, yardımçı otaqlar, mətbəx, dəstəmaz və ibadət yerləri olacaq, su və kanalizasiya xətləri çəkiləcək, ətraf abadlaşdırılacaq, yaşıllıqlar salınacaq, həyətdə oturacaqlar qoyulacaq.
Mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək binada yay aylarında otaqları sərinləşdirmək üçün avadanlıqlar quraşdırılacaq.
Bundan başqa mətbəx lazım olan bütün avadanlıq və məişət əşyaları ilə təmin olunacaq. Binanın tikintisi başa çatandan sonra yaxınlıqdakı köhnə məscidin də əsaslı təmiri nəzərdə tutulur.
Püstə MƏMMƏDOVA
Emtv.az