SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda yaşayış binaları yeni görkəm alır

3-08-2017, 14:40 | Oxunub: 9 209 |

Naxçıvanda yaşayış binaları yeni görkəm alır
Xəbər verdiyimiz kimi, Atabəylər məhəlləsində, İstiqlal, Həsən Əliyev küçəsindəki bir neçə binada yenidən qurma və təmir işləri davam edir. Zəroş Həmzəyeva küçəsindəki bir nömrəli binada isə təmir işlərinə başlanılıb.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, Atabəylər məhəlləsində 50 mənzillik 1 və 13 nömrəli binalarda işlər davam etdirilir. Hər iki binanın fasad hissəsində üzləmə işləri başa çatıb, dam örtükləri dəyişdirilib, rabitə və elektrik xətləri yenilənib. Bloklarda da təmir işləri aparılır, pilləkənlərə travertin döşənib. Atabəylər məhəlləsindəki 13 nömrəli binanın zirzəmisi mülki müdafiənin mühəndis texniki normalarının əsaslarına uyğun olaraq təmir edilir.

İstiqlal küçəsində isə indiyədək 6 binada yenidən qurma və təmir işləri aparılıb. Hazırda isə 45 mənzillik 79 nömrəli və 36 mənzillik 113 nömrəli binalarda əsaslı təmir işləri başa çatmaq üzrədir. Elektrik, rabitə, su, qaz xətləri yenisi ilə əvəz edilib, smart-kart tipli qaz sayğacları quraşdırılıb. Hər iki binanın zirzəmisinin torpağı çıxarılıb, mülki müdafiə məqsədi ilə təmir olunub. 113 nömrəli binanın eni 3 metr artırılıb. Binaların ətrafında da abadlıq işləri aparılacaq.

Eyni küçədəki 56 mənzillik 121 nömrəli bina da əsaslı təmir olunur. Hazırda binanın fasad hissəsində suvaq işləri görülür.

Zəroş Həmzəyeva küçəsindəki bir nömrəli binada da bərpa işlərinə başlanılıb. Binanın eni də 3 metr artırılacaq.

Həsən Əliyev küçəsindəki 2 nömrəli binada da yenidən qurma və təmir işləri yekunlaşmaq üzrədir. Binanın eni 3,6 metr artırılıb. Binada su, kanalzasiya, rabitə və elektrik xətləri də yenilənib. Ümumilikdə bütün təmir edilən binalarda giriş qapılar və ətrafdakı pəncərələr yeniləcək, vahid antena sistemi, bloklarda işıqlandırma qurulacaq və binaların ətrafı abadlaşdırılacaq.

Naxçıvanda yaşayış binaları yeni görkəm alır


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR