SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub

19-07-2018, 15:40 | Oxunub: 12 918 |

Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
2018-ci ilin 6 ayı ərzində muxtar respublikada vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təmin olunub.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada keçirilən kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli deyib.

İsmayıl Qəribli qeyd edib ki, dövlət orqanlarında 294 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqənin test imtahanında iştirak etmiş 370 namizəddən 136-sı keçid balını toplayıb. Həmin namizədlərdən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplayıb inzibati vəzifə üzrə sertifikat alan 17 namizəd müsahibə mərhələsinə buraxılıb.


Cari il iyunun 25-dən iyulun 3-dək keçirilən müsahibə mərhələsində iştirak edən 123 namizəddən 64-ü müvafiq keçid balını toplayaraq uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 56 nəfərin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və onların hamısı iddia etdikləri vəzifələrə təyin olunub, 8 nəfər isə ehtiyat kadrlar siyahısına salınıb.

Hesabat dövründə komissiyada 31 namizəd tərəfindən vakant aparat rəhbəri, şöbə və sektor müdirləri vəzifələrinin tutulması üçün test imtahanları keçirilib, onlardan 13 nəfəri müvəffəqiyyət qazanıb.

İsmayıl Qəribli deyib: Test imtahanlarında uğur qazanmış 149 nəfərə sertifikat verilib. Həmçinin müvafiq dövlət orqanlarında 16 dövlət qulluqçusu tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş daxili müsahibələrdə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.


Cari ilin 7 və 22 iyun tarixlərində komissiyanın Test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test və esse imtahanı mərhələsi keçirilib. Attestasiyanın test imtahanı mərhələsində iştirak edənlərdən keçid balını toplayan 13 nəfər esse mərhələsində iştirak etmək hüququ qazanıb.

Komissiyanın sədri diqqətə çatdırıb ki, hesabat dövründə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanları keçirilib. Həmin imtahanlarda 390 nəfər iştirak edib, keçid balını toplamış 332 müəllimin bilik və bacarıqları qiymətləndirilib.


“Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda, Dövlət Miqrasiya Xidmətində, Dövlət Gömrük Komitəsində, Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün müsabiqələrdə iştirak edən 297 namizəddən 97-si test imtahanlarında müvafiq keçid balını toplayıb” – deyən İsmayıl Qəribli vurğulayıb ki, ehtiyat kadrlar siyahısında olan 11 namizəddən 4-ü vakant vəzifələrə təyin edilib.

2018-ci ilin 6 ayı ərzində test imtahanlarında iştirak etmiş 1161 nəfərə elektron xidmət göstərilib. 4075 yeni test tapşırığı tərtib edilib ekspertizadan keçirilərək test bankına əlavə olunub. Eyni zamanda, müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsinin aparılması məqsədilə 6 minə yaxın sual alınaraq test bankına yazılıb.


İsmayıl Qəribli qeyd edib ki, komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində də işlər görülüb.

Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Muxtar Respublikasının birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ikinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzularında keçirilən seminarda 45 məsul şəxs iştirak edib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR