17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Naxçıvanda qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında dövlət qulluğuna qəbulla bağlı müsabiqə keçirib.
Müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim edib. 1-15 may 2018-ci il tarixlərdə test imtahanları mərhələsində 370 namizəd iştirak edib, imtahanlarda keçid balını toplamış 136 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün də test imtahanları keçirilib. Mayın 17-də keçirilən test imtahanında iştirak edən 26 namizəddən 9-u imtahanlarda müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə Dövlət qulluğuna qəbul olmaq istəyən 17 namizədin və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 34 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilib. Ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 4-ü vakant vəzifələrə təyin olunub. May ayında Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu istiqamətində daxil olan 409 elektron müraciət komissiya tərəfindən icra olunub.
Emtv.az