SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirilib

18-05-2018, 11:00 | Oxunub: 9 770 |

Naxçıvanda dövlət vergi orqanlarında işə qəbul olunmaq istəyənlər üçün test imtahanı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test Mərkəzində muxtar respublikanın vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il fevralın 19-da elan edilmiş müsabiqənin test imtahanı keçirilib.

Emtv.az xəbər verir ki, Muxtar respublika Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə 25 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 28 namizəd sənəd təqdim edib. Test imtahanında keçid balını toplamış 7 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verildikdən sonra ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib.

Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və nəticəyə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər
.

İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR