SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ağstafa icra hakimiyyətində fırıldaq - Ramiz Tatarov problemini necə həll edir?

5-07-2018, 14:24 | Oxunub: 15 148 |

Ağstafa icra hakimiyyətində fırıldaq - Ramiz Tatarov problemini necə həll edir?
Yerli icra orqanlarından narazılıq hər ötən gün daha da artır. Əhalinin və rəhbərlik etdiyi rayonun problemlərindən daha çox şəxsi çıxarlarını düşünən “region padşahları” sözün əsl mənasında narazılıq ocaqları yaradıblar. Bu isə heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətə kölgə salmaqla yanaşı, mərkəzi hakimiyyətdən də narazılığı artırır.

Bu gün yuxarıda bəhs etdiyimiz qaydada fəaliyyət göstərən yerli strukturlardan biri də Ağstafa rayon icra hakimiyyətidir. Emtv.az yerli mətbuata istinadla bildirir ki, saytı məlumatlandıran mənbənin sözlərinə görə, rayonun icra başçısı Məhərrəm Quliyev əslində nələrsə etməyə çalışan rəhbərlərdəndir. Məlumata görə, fəaliyyəti ciddi narazılıq doğuranlar icra başçısının ətrafıdır:

“Xüsusilə də Ağstafa RİH başçısının birinci müavini Ramiz Tatarov rayondakı bir çox müəmmalı işləklərin müəlliflərindən hesab olunur. Ramiz Tatarov və rayondakı adamlarının yarıtmaz fəaliyyəti isə sonda icra başçısının ayağına yazıldığından tənqid hədəfi də məhz Məhərrəm Quliyev olur”.

Əldə etdiyimiz məlumata görə, Ramiz Tatarov idarəçilikdə əsas rol ifaçısı olduğundan onun səriştəsizliyi və işbilməzliyi ümumilikdə mətbuatda rayon rəhbərliyinin tənqid olunmasına səbəb olur. Belə ki, Ağstafa rayonuna ezam olunmuş televiziya kanallarının, qəzetlərin, xəbər portallarının əməkdaşlarının qarşısına çıxaraq rayonda həyata keçirilən tədbirlərlə bağlı məlumat verən məsul şəxs belə tapılmır. Əslində bu vəzifələrdə əyləşənlər var, sadəcə olaraq onlara elə gəlir ki, media ilə də məhz icra başçısı Məhərrəm Quliyev məşğul olmalıdır. Ramiz Tatarovun və RİH-dəki Əziz adlı əməkdaşın mətbuatla qeyri professional işləməsi isə Ağstafada həyata keçirilən müsbət işlərin işıqlandırılmaması, əvəzində isə mətbuatda tənqidi materialların artmasına səbəb olur.

Görünür, ya Ramiz tatarov bunu qəsdən edərək icra başçısını nüfuzdan salmağa çalışır, ya da elə bacardığı budur…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR