SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...

2-07-2018, 16:00 | Oxunub: 9 879 |

Cavid Qurbanovun Bakı Dairəvi yolunda 13 min tonluq metal biznesi - Şok faktlar...
Bakı ətrafındakı bütün dəmiryol relsləri çıxarılıb satılır.

Emtv.az-ın yerli mətbuata istinadən əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC metal biznesi qurub.

Dəmiryol xətlərinin yenilənməsi adı ilə istifadə müddəti başa çatmayan relslər metalloma verilərək gəlir əldə olunur.

QSC tərəfindən “28 May”dan başlayaraq Keşlə və Bülbülə istiqamətində qədər dəmiryol relsləri çıxarılır, yenisi ilə əvəzlənir və köhnələri satılır.

Halbuki, onların istismar dövrü qurtarmayıb. Lakin QSC sədri Cavid Qurbanovu işin bu tərəfi maraqlandırmır.

“Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur. Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır.

Soruşacaqsız ki, bu metal hardandı? Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər.

Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”-
bu sözləri jurnalist Eynulla Fətullayev yazmışdı.

C.Qurbanov özü demişdi ki, Bakı Dairəvi dəmir yolunun təmiri ilə əlaqədar 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir.


Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur. Bu o deməkdir ki, baş dəmiryolçu 13 min tonluq relsi hissə-hissə sökərək satıb milyarderə çevrilir.

Məlumata görə, təmirdən sonra 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə bilər.

Amma buna qədər C.Qurbanovdan 13 min ton rels və 180 mindən çox şpalın dəyişdirilərəkən köhnələrin hara istifadə edildiyini soruşan yoxdur.

Həmin rels və şpalların heç də hamısı istismar dövrünü başa vurmayıblar. Bu halda ortada Bakı Dairəvi dəmir yolunun təmiri zamanı ciddi korrupsiya və biznes olduğu görünməkdədir.

Bu biznes Bakıdan kənara da çıxır. Yada salaq ki, Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu relslərinin aparılır. Şəmsəli Quliyevi hamı rels alverçisi kimi tanıyır.

Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xətləri çəkilmişdir.

İndi həmin idarə və müəssisələrin bir neçəsi işləmədiyindən Şəmsəli Quliyev həmin dəmir yolu relslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır.

Hər yanda isə deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında reysləri satır. Görünür, düz danışır...

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR