17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Cavid Qurbanov Kəramət Böyükçölə ev bağışlayıb? - AÇIQLAMA
Son günlər bəzi elektron KİV-lərdə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Kəramət Böyükçölə ev bağışlanması haqqında həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir.
Qeyd edim ki, Dəmir yolunda uzun illərdir məsuliyyətli və gərgin əməyə qatlaşan yüzlərlə dəmiryolçu mənzil növbəsində dayanıb. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunana qədər dəmiryolçulara mənzil verilməsi dayandırılmışdır. İndi yenidən bu məsələyə xüsusi diqqət ayrılması görünür kimlərisə narahat edir.
Bir müddət bundan əvvəl də KİV-lərdə bu tipli dezinformasiyalar dövriyyəyə buraxılıb. O zaman Cavid Qurbanov bildirmişdir ki, qələm adamlarına mənzil verilməsi kimi humanist məsələ ancaq ölkə başçısının səlahiyyətindədir. Mənim xidməti vəzifəmin sosial istiqamətinə ancaq dəmiryolçuların mənzil probleminin həlli daxildir.
Kəramət Böyükçölün ümumiyyətlə dəmir yolu nəqliyyatına heç bir aidiyyatı yoxdur, Azərbaycan dəmir yolunda bu adda şəxs heç vaxt çalışmayıb və mənzil növbəsində dayanmayıb. Elə bu məntiqlə demək olar ki, dəmir yolundan ona mənzil verilməsi haqqında yazılanlar absurddur.
Son olaraq bildirirəm ki, KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir.
Emtv.az