SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədov özü vəzifədən kənarlaşdırılsa da, adamları talançılıqla məşğul olurlar

13-03-2017, 10:36 | Oxunub: 13 318 |

Ziya Məmmədov özü vəzifədən kənarlaşdırılsa da, adamları talançılıqla məşğul olurlar
Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ləğv edilib özü vəzifədən kənarlaşdırılsa da, onun əlaltıları vəzifələrdə hələ də at oynadırlar. Nəticədə də biz sakinlər belə hoqqabazların qanunsuz əməllərindən əziyyət çəkirik.

Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin rəisi Şəmsəli Quliyevin rəhbərliyi ilə Ucar rayonunun Oğuz küçəsi ərazisində dəmir yolu relslərinin tikintisi aparılır. Tikintinin bütün çıxdaşları 50 ailənin yaşadığı Dəmir Yolu binasının kanalizasiyasıa töküldüyündən çirkab sular həyətlərə dolub. Nəticədə acınacaqlı bir vəziyyət yaranıb. Çirkab sularının yaratdığı dözülməz antisanitariya ciddi xəstəliklər yaradacaq. Çıxarılan köhnə relslər, qazılmış daş qarışıq torpaqlar Şəmsəli Quliyev tərəfindən qanunsuz olaraq satılıb talan edilir. Daşınmaya ayrılan pul Şəmsəli Quliyev tərəfindən mənimsənilir. Onun rəisi olduğu Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsi Hacıqabıldan-Ucar rayonunun Alı kənd dəmir yolu stansiyasına qədər məsafəni əhatə edir. Baş İdarə isə Kürdəmir rayonunda yerləşir.

Şəmsəli Quliyev sabiq Nəqliyyat Naziri Ziya Məmmədovun yaxın adamıdır. Hətta hal-hazırda da o Ziya Məmmədova hesabat verir. Şəmsəli Quliyevi hamı rels alverçisi kimi tanıyır. Hacıqabul, Kürdəmir və Ucar rayonlarında bəzi idarə müəsisələrinə yük daşınması üçün sovet dönəmində dəmir yolu xəttləri çəkilmişdir. İndi həmin idarə və müəssisələrin bir neçəsi işləmədiyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şəmsəli Quliyev həmin dəmir yolu relslərini təmir işləri adı ilə qanunsuz olaraq sökdürüb satdırır. Şəmsəli Quliyev Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanovu gözdən salmaq üçün belə talançılıqla məşğuldur. Hər yanda isə yalandan deyir ki, guya Cavid Qurbanovun tapşırığı əsasında relsləri satır. Kürdəmir 5 nömrəli Dəmir Yolu Sahəsinin 3 rayondakı idarəsində adları işdə gedib özləri başqa işlərlə məşğul olan çoxlusayda vətəndaşın maaş kartları Şəmsəli Quliyevin cibindədir. Saatlı rayonunda böyük mal-qara fermasını, yüzlərlə hektar torpaq sahələrini, bahalı avtomobilləri, möhtəşəm villaları Şəmsəli Quliyev Ziya Məmmədovun himayəsi altında əldə etmişdir deyə bu gün də ona ağsaqqal kimi baxıb hesabat verir. Bu talançının fəaliyyəti obyektiv yoxlanılarsa, külli miqdarda dövlət əmlakını mənimsədiyi üzə çıxacaq. Xahiş edirik dövlət bu talançıya nəzarət etsin, onun barəsində ciddi tədbirlər görülsün.

İmza Ucar rayon Dəmir Yolu yaşayış binasının sakinləri
Əliyev Səməd Şükür oğlu
Qasımov Fərhad Kamil oğlu
Pənahov Nazim Məmməd oğlu
Yusifov Süleyman Alı oğlu
Hüseynov Bəhlul Fikrət oğlu.

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR