17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Kürəkəni və qohumları mərhum nazirin yerinə sahiblənmək istəyir
Müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu posta müavini Yəhya Musayev və nazirlikdə aparat rəhbəri Üzeyir İsmayılov sahiblənmək istəyirlər. Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, hazırda nazir postuna təyinat olmasa da, Y.Musayevin real namizəd kimi adı çəkilir.
Digər namizəd isə aparat rəhbəri, nazirin qardaşı Əlikiram Camalovun kürəkəni İsmayılov Üzeyir Ərəstun oğludur.
Müdafiə Sənayesi Nazirliyində Ü.İsmayılovdan başqa işləyən mərhum nazirin yaxın qohumları çoxdur.
Y.Camalovun qaynı Tacəddin Mirzəyev, qardaşı Əlihüseyin Camalov, dayısı Pirverdi Məmmədov və başqaları nazirlikdə işləyirlər.
Ona görə də postlarını sığortalamaq üçün qohumların Ü.İsmayılov üzərində dayandığı bildirilir.
Məlumata görə, Y.Musayevlə mərhum nazirin münasibətləri o qədər yaxşı olmayıb. Odur ki, qohumları da nazir müavinini dəstəklmirlər.
Hətta Y.Camalovun vəfat etdiyi gün – 24 iyunda aralarında mübahisə yaşandığı xəbər verilir. İddialara görə, Y.Camalov Fransa səfərindən geri dönəndə səhhəti normal olub.
Vəfat etdiyi gün – iyunun 24-də nazirliyə işə gedib və müavini Y.Musayevlə gərginlik yaşanıb. Y.Camalovun Y.Musayevə fəaliyyəti barədə prezidentə məlumat verəcəyini söylədiyi deyilir.
Nazir müavini isə əksinə, özü sənədlərlə dolu qovluğu gətirib Y.Camalova göstərərək “mən prezidentə faktlar təqdim edəcəm” dediyi iddia edilir. Y.Camalovla müavini arasında çoxdandır münasibətlərin pozulduğu və onu işdən çıxarmaq istədiyi deyilir. Nazirlikdən cavab ala bilmədik.
Emtv.az