17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mərhum nazirin yerinə təyinat nə vaxt reallaşacaq?
Xəbər verdiyimiz kimi, müdafiə sənayesi naziri Yavər Camalov iyunun 23-də vəfat edib. Mərhum nazir həmin gün İsraildə müalicə aldığı xəstəxanada dünyasını dəyişib və bir gün sonra Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
İndi əsas müzakirə mövzularından biri yeni nazirin kim olacağı və nə vaxt təyin ediləcəyidir. Emtv.az xəbər verir ki, qaynarinfo-ya verilən məlumata görə, yeni nazirin təyinatı yaxın günlərdə reallaşmayacaq. Belə ki, təyinat Yavər Camalovun 40 mərasimi keçiriləndən sonra baş tutacaq. Bu isə o deməkdir ki, yeni nazirin təyinatı avqustun əvvəllərinə qədər edilməyəcək.
Təyinatın mərhumun 40 mərasimindən sonraya saxlanması onun ruhuna hörmət əlamətidir. Analoji vəziyyət energetika naziri Natiq Əliyevin vəfatından sonra da baş vermişdi. Natiq Əliyev 2017-ci ilin 9 iyununda vəfat etmiş, onun yerinə təyinat təxminən 4 ay sonra - 12 oktyabrda edilmiş və Pərviz Şahbazov bu posta təyin olunmuşdu.
Yeni müdafiə sənayesi nazirinin kimliyinə gəlincə, bu barədə heç bir məlumat verilmir. Yavər Camalov qəfildən vəfat etdiyindən hələlik bu posta real namizəd yoxdur.
Qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972-ci ildə "Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989–1995-ci illərdə "Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003–2006-cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006-cı il tarixli sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib. Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.
Emtv.az