SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvanda işgüzar səfərdə olub - VİDEO

28-06-2018, 14:44 | Oxunub: 12 036 |

Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Naxçıvanda işgüzar səfərdə olub - VİDEO
İyunun 27-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

Emtv.az naxçıvantv.az-a istinadən xəbər verir ki, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze muxtar respublikanın istehsal və sənaye müəssisələrində olub.

“Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində qonağa məlumat verilib ki, şirkətdə tütün məhsulları istehsal olunur. Müasir avadanlıqlarla təchiz edilmiş müəssisənin istehsal gücü dəqiqədə 3 min ədəd filtrli siqaretdir. Şirkətdə istehsal prosesinin keyfiyyətli xammal və beynəlxalq standartlara cavab verən texnologiyaya əsaslanması daxili bazarda tələbatı ödəməklə yanaşı, ixrac imkanı da yaradır. Qeyd olunub ki, xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Ötən il Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatının yaradılması da yerli istehsalın artırılmasına hesablanıb.

“Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Коmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, cəmiyyətin Naxçıvan şəhərində, Babək rayonunun Araz və Kəngərli rayonunun Qarabağlar kəndlərində istehsal müəssisələri, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndlərinin ərazilərində isə daş karxanaları fəaliyyət göstərir. Müəssisədə yеrli хаmmаldаn səmərəli istifаdə olunur. İstehsal edilən tikinti materialları muхtаr rеspublikаmızdа аpаrılаn quruculuq tədbirlərinin dаhа geniş vüsət аlmаsınа imkan vеrir. Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün Naxçıvan şəhərində yerləşən müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii antibakterial keyfiyyətə malikdir. Gündəlik istehsal gücü 2000 kvadratmetr olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər də istehsal edilir.


“Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq da maraqla qarşılanıb. Diqqətə çatdırılıb ki, müəssisənin istilik panelləri sahəsinin gücü ayda 9500 metr panel və 8000 metr alüminium radiator, dam örtükləri sahəsinin gücü isə ayda 250 min kvadratmetr metal dam örtüyüdür. Standartlara uyğun istehsal olunan məhsulların 20 faizi yerli tələbatı tam ödəyir, 80 faizi isə ölkəmizin digər bölgələrində və xarici bazarlarda satışa çıxarılır. Plastik boru, profil və aksesuarlar istehsalı müəssisəsi də nümayəndə heyətinin diqqətini cəlb edib. Bildirilib ki, 14 min kvadratmetr sahəsi olan müəssisə istehsal sahəsindən, idarəetmə və iş otaqlarından, laboratoriya, hazır məhsul və xammal anbarlarından ibarətdir. İstehsal sahəsində tam avtomatlaşdırılmış avadanlıqlar quraşdırılıb. İstehsal gücü ayda 1500 ton olan müəssisədə 7 növdə və 160 çeşiddə məhsul istehsal olunur.


Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə də tanış olub.

Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze kütləvi informasiya vasitələrinə müsahibə verib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR