17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Sənaye Kompleksi istehsal gücünü artırır
Naxçıvan Sənaye Kompleksində istehsal edilən məhsullar daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, bu yerli inşaat materiallarının xarici bazarlara çıxarılmasına da imkan verir.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Sənaye Kompleksinin ümumi sahəsi 9 hektardır və özündə 4 zavodu birləşdirir. Bunlar gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlardır. Yeni layihənin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondundan dövlət maliyyə dəstəyi göstərilib.
Məsaməli beton istehsal edən zavodda xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunur. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Məsaməli betonun əsas üsütünlüklərindən biri enerjiyə qənaət etməsidir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Zavodda il ərzində 150 min ton məsaməli beton istehsal olunur.
Əhəng zavodunda istifadə olunan yerli xammal muxtar respublikanın Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə edilir. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsal olunur.
Gips zavodunda istifadə olunan xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından gətirilir. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə edilir. Zavodun illik istehsal gücü 36 min ton gipsdir.
Gips lövhə zavodunda xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunur. Zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçirilir.
Yeni istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Kompleksdə 160 nəfər işlə təmin olunub. Müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət mərkəzində saxlanılır, müəssisədə çalışan işçilərin ixtisasartırma kurslarında iştirakı təmin olunur. Bu da imkan verir ki, istehsal prosesi yerli mütəxəssislər tərəfindən həyata keçirilsin.
Emtv.az