Naxçıvanda bu il 11 ton yaş tütün istehsal edilib
11-08-2017, 14:48 | Oxunub: 7 473 |
Cari ildən başlayaraq “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Kəngərli rayonunun Təzəkənd, Xıncab və Qarabağlar kəndlərinin ərazilərində tütün əkini aparıb.
Təzəkənd və Xıncab kəndlərinin ərazilərində 8 hektar, Qarabağlar kəndinin ərazisində isə 1,5 hektar sahədə tütün əkilib.Emtv.az azərtac-a istinadən xəbər verir ki, hazırda tütün plantasiyalarında ikinci qırım gedir. Birinci qırımda 11 ton yaş tütün istehsal edilib. Nəzərdə tutulub ki, plantasiyalarda 5-6 dəfə qırım aparılsın. Bunun üçün sahələr vaxtlı-vaxtında suvarılır və lazımı becərmə işləri aparılır.“Cahan Tütünçülük” sahəsinin müdiri Nurəddin Qəhrəmanov bildirib ki, mütəxəssislərin fikrincə, “Verjinya” və “İzmir-Oriental” tütün sortları aqrotexniki qaydalara uyğun əkilsə və becərilsə, Naxçıvan şəraiti üçün çox məhsuldardır. Aqronom Akif Sadiqov deyib ki, hazırda Təzəkənd və Xıncab kəndlərinin yaxınlığında tütünçülük mərkəzi tikilir."Bu mərkəzdə istixanalar, qəbul və tütünqurutma sahələri yaradılacaq, laboratoriya qurulacaq. Plantasiyalardan yığılan “İzmir-Oriental” sortlu tütün xüsusi parçalarda qurudulur və bu da keyfiyyətə müsbət təsir göstərir. “Verjinya” sort tütün isə iplərə düzülərək qurudulur. Qurutmanın belə aparılması sortların xüsusiyyətlərinə uyğun olaraq həyata keçirilir. "Qeyd edək ki, “Cahan Tobacco” MMC-nin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Xarici avadanlıqlarla təchiz olunmuş fabrikdə 9 növdə siqaret istehsal edilir. Xammal buraya xarici ölkələrdən gətirilir. Yerli şəraitdə tütün əkinlərinin keçirilməsi gələcəkdə imkan verəcək ki, həmin fabrik yerli xammal hesabına işləsin.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.Emtv.az
OXŞAR XƏBƏRLƏR