SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir – Şok

22-06-2018, 15:25 | Oxunub: 7 068 |

O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir – Şok
Rusiyanın dövlət neft korporasiyası “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçin mətbuatda opponentlərini, o cümlədən “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovu gözdən salmaq, onlara qarşı qara piar aparmaq üçün ildə 4 milyard rubl xərcləyir. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatında dərc edilmiş araşdırmada bildirilir.

Belə ki, “Rosneft”in 2017-2018-ci illərdə “informasiya xidməti göstərilməsi” adı altında 20-yə qədər müqavilə bağladığı məlum olub. Belə müqavilələr aparıcı KİV-lərlə, o cümlədən “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “İnterfaks”, “Federal press”, “Polit.ru”, “Trud” və digər çoxtirajlı qəzet və saytlarla bağlanıb. Bu müqavilələrin cəmi ikisində məbləğ göstərilib. Məlum olub ki, “Rosneft” şirkəti “Komsomolskaya Pravda” qəzetinə ildə 3.4 milyon rubla yaxın pul verir. Lakin “Rosneft”dən sifariş alan digər KİV-lərin hesabatlarına əsasən onların şirkətdən aldıqları vəsaitin ildə milyardlarla rubl olduğu müəyyən edilib.
O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir – Şok
Habelə müəyyən olunub ki, “Rosneft”dən pul alan KİV-lərdə vaxtaşırı olaraq “Qazprom”un, “Transneft”in və “Lukoil”un əleyhinə məqalələr dərc edilir. “Qazprom” özü də dövlət şirkətidir, amma Seçinin xoşuna gəlmir. Çünki “Rosneft”in qazını özünün ixrac qaz kəmərlərinə buraxmır. “Transneft”i isə çoxdandır Seçin ələ keçirmək, beləliklə də tranzit neft kəmərlərini də öz nəzarəti altına almaq istəyir.

“Lukoil”dan isə Seçinin ümumiyyətlə zəhləsi gedir. Çünki şirkətin kapitallaşması “Rosneft”dən az qala iki dəfə azdır, amma bütün göstəriciləri dəfələrlə yaxşıdır. Başqa sözlə, Vahid Ələkbərov yaxşı işləyir və bu, Seçinin xoşuna gəlmir. Dəfələrlə xəbərlər yayılıb ki, “Rosneft” inzibati rıçaqlardan istifadə edərək “Lukoil”u almağa çalışır. Vahid Ələkbərov isə bütün təzyiqlərə baxmayaraq şirkətini satmaqdan imtina edir.
O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir – Şok
KİV-lərlə rəsmi müqavilələrdən əlavə “Rosneft” vaxtaşırı olaraq rəqiblərinin əleyhinə mətbuata kompromatlar ötürür, o cümlədən sosial şəbəkələrdə təbliğat aparır. Buna da əlbətdə ki, sanballı pullar xərclənir.

Məsələn, təkcə kompromat.ru saytında rəqiblərinin əleyhinə kompromatlar yazdırmaq “Rosneft”ə ildə 15 milyon rubla başa gəlir. “Medialine” monitorinq şirkətinin analitiklərinin hesablamalarına görə şirkətin “qara piar”a xərclədiyi pulların ümumi məbləği ildə 3.5-4 milyard rubla yaxındır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR