SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yeni böhran dalğası gözlənilir:…büdcə yenə boş qalacaq

7-06-2017, 13:22 | Oxunub: 7 808 |

Yeni böhran dalğası gözlənilir:…büdcə yenə boş qalacaq
Zəfər Vəliyev: “Neftin 60 dollara qalxması fundamental səbəblərə söykənmir”

Yaxın 5 ildə neftin bir barelinin qiyməti 50-60 dollar arasında dəyişəcək. Bu barədə BP-nin rəhbəri Robert Dadli bildirib ki, qısa dövrlər üçün qiymət bir qədər yuxarı və ya aşağı ola bilər: “Amma siz məndən tələb və təklif barədə soruşsanız, mən deyərdim ki, 50-60 dollar. Düşünmürəm ki, yaxın 5 ildə neftin bareli 100 dollara olacaq, amma 20 dollara da düşməyəcək". O, hesab edir ki, qiymətin 50-60 dollar olması istehlakçı ölkələr üçün olduğu kimi, istehsalçı ölkələr üçün də yaxşıdır. Onun sözlərinə görə, BP də OPEC razılaşmasına qoşulan ölkələrdə neft hasilatını azaltmalı olub:

"Təbii ki, bir qədər azalıb. Məsələn, biz istehsalı azaldan "Rosnefti"nin səhmdarıyıq. Eləcə də Azərbaycanda, Yaxın Şərq ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində istehsalı azaldırıq.Ehtimal edilir ki, İraqda da aşağı salaq.Əlbəttə bu bizə təsir edir.Amma ixtisar çox deyil.Bundan başqa neftin qiyməti razılaşmayadək olduğundan yüksəkdir.Bu da hasilatın aşağı salınmasını kompensasiya edir".

Qeyd edək ki, yaxın günlərdə Amerika ekspertləri neftin qiyməti ilə bağlı Azərbaycan üçün çox ümidverən ssenari təqdim ediblər.Analitiklərinin fikrincə, neftin barelinin qiyməti 100 dollara qədər qalxa bilər.Neftin qiymətinin 50 dollardan yuxarı olması bütövlükdə Azərbaycanın gəlirlərini artıracaq ki, bu da büdcə problemlərinin həllində böyük dəstək deməkdir. Əgər neftin bareli 40 dollar olarsa, Azərbaycanın 2017-ci ildəki neft gəlirlərinin 5,2 milyard dollar olacağı proqnozlaşdırılır.

Amma neftin qiyməti 50 dollar olarsa, Dövlət Neft Fondunun gəlirləri 6 milyard dollara bərabər ola bilər. Neftin qiymətinin 60 dollar ətrafında dəyişməsi isə bu gəlirlərin daha 1 milyard dollar artması deməkdir.Bu isə manata təzyiqlərin azalması və ölkə əhalisinin vəziyyətinin xeyli yaxşlaşması deməkdir.Neftin qiymətinin artması Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu ilki gəlirlərinin artmasına da səbəb olacaq.Bu ilin birinci rübündə neftin qiyməti 50 dollardan yüksək olub ki, bu da ARDNF-in gəlirlərinin artmasına səbəb olub.

ARDNF-dən verilən məlumata görə, fondun valyuta ehtiyatları 2017-ci ilin birinci rübünün yekunlarına görə 60 milyon dollar artaraq, 33 milyard 207 milyon dollara çatıb. Birinci rübdə fond ölkədə iqtisadi sabitliyin təmini üçün Azərbaycan Mərkəzi Bankına 2,3 milyard manat transfert gerçəkləşdirib. 2017-ci ildə fondun büdcəsində bu məqsədlər üçün 7,5 milyard manat, yəni indiki məzənnə ilə təxminən 4,5 milyard dollar ayrılması nəzərdə tutulub.

Birinci rübün yekunlarında ümumiyyətlə ölkənin qızıl-valyuta ehtiyatları 37 milyard 639 milyon dollar təşkil edib.Bunun 4 milyard 432 milyon dolları Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları olub.
Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev mətbuata bildirib ki, yaxın dövrlərdə neftin bir barelinin qiyməti 60 dollar civarında olması inandırıcı deyil:

“Neftin qiyməti birbaşa ABŞ-dakı hasilat həcmlərindən asılı olacaq. Başa çatmaqda olan iş həftəsi ərzində ABŞ-da aktiv neft qazma qurğularının sayı növbəti dəfə 11 ədəd artaraq 733-ə çatıb. Bu artım üzümüzə gələn həftə ərzində neftin qiymətlərini təhdid altında saxlayacaq. ABŞ-da ilin əvvəlindən vüsət alan qazma aktivliyi OPEC+11 sazişinin effektivliyini heçə endirməklə neft qiymətləri ABŞ-dan gələn neft informasiyalarına fokuslanacaq. Qeyd etmək lazımdır ki, neft bazarlarında tarazlığın bərqərar olmasına hesablanmış Vyana paktı əslində iqtisadi yox, marketinq xarakterli sazişdir.

Deməli bu sazişin uzaq perspektivdə təsir dərəcəsi olduqca məhduddur.Əslində, OPEC və müstəqil hasilatçı ölkələrin bütün səyləri ABŞ şist neft hasilatçı şirkətlərinin maraqlarına xidmət edir. Qeyd etmək lazımdır ki, 2014-cü ilin avqust ayından başlayaraq neft qiymətlərinin kəskin ucuzlaşması fonunda ABŞ-da şist neft hasil edən şirkətlər hasilat effektivliyinin artırılması və innovativ texnologiyaların tətbiqi qarşılığında şist neft hasilatının maya dəyərini üç il ərzində (2015-2017) barel hesabı ilə 80 dollardan 35-40 dollara kimi azaltmağa nail oldular. Deməli, ABŞ-da şist neft formasiyalarında durmadan artan qazma aktivliyi və bu fonda hasilat həcmilərinin artmasının yeganə səbəbi sənaye hasilatında maya dəyərinin iki dəfə aşağı salınmasıdır.

Şist neftin maya dəyərinin aşağı salınması özünü hasilat həcmilərinin artmasında büruzə verdi. Müqayisə üçün qeyd edim ki, əgər 2014-cü ildə ABŞ-da 1609 ədəd aktiv neft qazma qurğuları qarşılığında gündəlik hasilat həcmləri 8,3 milyon barel təşkil edirdisə, 2017-ci ilin iyun ayında 733 ədəd aktiv neft qazma qurğuları qarşılığında gündəlik hasilat həcmləri 9,34 milyon barel təşkil etdi. Məsələn, əgər 2014-cü ildə ABŞ-ın ən böyük və rentabelli şist neft yatağı olan Permian formasiyasında aktiv fəaliyyətdə olan hər neft buruğunda gündəlik hasilat həcmi 217 barel idisə, 2017-ci ildə gündəlik hasilat göstəricisi 662 barel təşkil etmişdi.

Deməli, OPEC+11 sazişi iştirakçılarının bazarda neft defisiti yaratmaq kimi avantürist cəhdlərinin qarşısı ABŞ neft hasilatçıları tərəfindən dəf ediləcək.Aparılan təhlil onu deməyə əsas verir ki, cari ilin sonuna kimi ABŞ-da aktiv neft qazma qurğularının sayı 1000 ədədə çatdırılacaq.ABŞ-da durmadan səngiməyən qazma aktivliyi neftin qiymətini daima təhdid edəcək. Bu səbəbdən il sonuna kimi neftin qiymətinin 55-60 dollar barel həddində qərar tutması barədə deyilənlər xülyadan başqa heç nə deyil”.


Ekspert onu da qeyd edib ki, həm potensial enerji şirkətləri, həm də beynəlxalq analitik qrupların proqnozlarına görə, yaxın 5 ildə neftin yüksək qiymətə satılması gözlənilmir:

“Bu ilin ilk proqnozlarına diqqət yetirsək iyun ayında neftin satış proqramı barel hesabı ilə 50 dollardan götürülüb. Hesab edirəm ki, 50 dollar neft hasil və ixrac edən ölkələr üçün ədalətli bir qiymətdir. Yaxınlarda Sankt-Peterburqda beynəlxalq iqtisadi forumda “Rosneft” şirkətinin prezidenti İqor Seçin də bildirmişdi ki, həm Rusiya, həm bu ölkədəki enerji şirkətləri üçün, eləcə də “Rosneft” şirkəti üçün bir barel neftin ədalətli qiyməti 50 dollardır.

Zənnimcə, əks arqument söyləmək mümkün deyil.Çünki hazırda potensial neft hasil və ixrac edən ölkələr və onların kontrakt sahələrində işləyən enerji şirkətləri 50 dolları ədalətli qiymət hesab edirlər.Belə olan təqdirdə neftin qiymətinin yaxın dövrlərdə 60 dollar civarına çatması bir qədər mümkünsüz görünür.Çünki neftin 60 dollara qalxması fundamental səbəblərə söykənmir.Hazırkı qiymət artımı OPEC və müstəqil hasilatçı dövlətlərin qlobal neft bazarlarına sanksiyalaşdırılmış interversiya siyasəti daşıyır.Yəni, iqtisadi xarakter daşımır.Neftin dünya bazarlarındakı qiymətinin 100-110 dollara, bəzən də 80-90 dollara çatması, bir qədər dumanlı görünür.Bu, mümkün deyil, çünki ortada fundamental faktorlar var. Bu faktorlar neftin qiymətinin artmasını təhdid altına alır.Ona görə də yaxın illərdə neftin qiymətində ciddi sıçrayışların olması ağlabatan deyil”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR