17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Erməni oliqarx “İzvestiya”nın binasını aldı – Vahid Ələkbərovla şərik oldu
“İzvestiya” qəzetinin Moskvadakı məşhur binasının yeni sahibinin adı nəhayət məlum olub.
Emtv.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu, erməni milyarder Samvel Karapetyanın “Taşir” qrupudur. Şirkət qəzetin keçmiş redaksiya binasını restavrasiya edərək yerində çoxfunksiyalı kompleks, o cümlədən otel açacaq və bu işə 150 milyon dollar yatıracaq. Bildirilir ki, “Taşir” artıq rekonstruksiya işlərinə başlayıb. Bu zaman binanın fasadı toxunulmaz qalacaq.
Binanın alınmasına dair sövdələşmə hələ iki il əvvəl əldə edilib. Moskvanın Tverskoy küçəsi 181 ünvanında yerləşən bina “İzvestiya” ASC-nin balansında olub, həmin ASC-nin səhmləri isə “Milli Media Qrupu”na məxsus idi. Aprelin əvvəllərində xəbər yayılıb ki, “İzvestiya” ASC-nin səhmlərinin 74.4 faizini Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Midrev Holdings Inc” şirkəti alıb. Sövdələşmə 35-45 milyon dollar arası qiymətləndirilirdi. Lakin o vaxt şirkətin benefisiarlarının adlarını müəyyən etmək mümkün olmamışdı. KİV-lər isə səhmlərin hələ 2015-ci ilin fevralında satıldığını, lakin tərəflərin yekun razılaşma imzalamasının iki il ləngidiyini yazıblar.