SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB

12-06-2018, 16:16 | Oxunub: 8 633 |

TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB
Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) 1340 km-lik Faza-0 hissəsinin açılış mərasimi keçirilib.

Emtv.az report-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir: "TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusilə mənəvi baxımdan dəyərlidir, 100 ilin layihəsidir. Bu həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhədləri aşır. TANAP iki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. TANAP enerji təhlükəsizliyinə böyük töhfə verəcək".

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu gün TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür: "TANAP Türkiyə-Azərbaycan qardaşlığının növbəti zəfəridir. Əgər bu qardaşlıq olmasaydı, layihə kağız üzərində qala bilərdi. Bu layihə tarixi layihədir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələri bölgəmizə sabitlik gətirir, xalqlara fayda verir. Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) enerji məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. TANAP nəhəng Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. İki həftə öncə Cənub Qaz Dəhlizinin açılışı həyata keçirilib. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP. Dörd layihənin 3-u yekunlaşıb. TAP-ın icra faizi 72%-dir. İnanıram ki, TAP da iki ilə yekunlaşacaq. Beləliklə, Avropanın ən böyük infrastruktur layihəsi icra olunmuş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycan qazı qısa yolla, təhlükəsiz yolla Avropaya çatdırılsın”.
TANAP-ın açılış mərasimi keçirilib - YENİLƏNİB
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı qeyd edib ki, TANAP Türkiyəyə və region ölkələrinə mühüm imkanlar bəxş edən, güc və potensialı yüksək bir layihədir: "Bu gözəl hadisənin Türkiyə və Azərbaycana və bütün insanlığa xeyirli olmasını arzulayıram. Türkiyənin coğrafi mövqeyi onu Şərqin zəngin ehtiyatlarını nəql edən ideal bir enerji mərkəzi halına gətirib. Bu məkan bəşəriyyətə xidmət edən bir əməkdaşlıq xəttinə çevrilib".

Serbiya Prezidenti Aleksandr Vuçiç vurğilayıb ki, TANAP mühüm layihədir: "Bu qaz boru kəmərini istifadəyə verməklə, ilk nöbbədə, Cənub-şərqi Avropada çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu layihə Avropanın bu hissəsinin enerji ilə təminatına da mühüm töhfə verəcək. Bütün bunlar bizim əməkdaşlığımızı dəstəkləyəcək. Serbiya bu cür layihələrə qoşulmağa böyük istək duyan bir ölkədir. TANAP regionun bütün ölkələrinin iqtisadiyyatına çox böyük töhfə verəcək".

Ukrayna Prezidenti Petro Poroşenko qeyd edib ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır: "Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, bu gün bölgə və ölkə üçün tarixi bir addım atılır: "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik. Bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: “Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR