17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Əziz Əzizova qarşı İDDİA - Borcu var...
"Yasamal rayonuna hazırda rəhbərlik edən icra başçısının mənə 100 min borcu var".
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu barədə Cəlilabad rayonundan olan sahibkarlardan biri məlumat verib. Sahibkar bildirir ki, adının açıqlanmasını arzulamır.
Sahibkarın söylədikləri: "Əziz Əzizov hələ Cəlilabadda olarkən rayonda quruculuq adı altında məndən 100 minə yaxın pul alıb. Hissə-hissə alınan pulları qaytaracağını vəd etsə də, sonradan Yasamal rayonuna başçı təyin olundu və pulum da batdı. İndi neçə dəfə görüşmək istəmişəmsə də, pulu Cəlilabadda verdiyim adamlar buna əngəl olurlar. Hamısı da Əziz Əzizovun adamıdır. Adımı açıqlamasam da, o, məni yaxşı tanıyır. Heç nə istəmirəm. Pulumun heç olmasa, yarısını qaytarsın".
İddia olunanlarla bağlı Əziz Əzizovun da mövqeyini öyrənməyə çalışsaq da, başçı telefon zənglərimizə cavab vermədi.
Emtv.az