18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
General Paşinyanı devirmək üçün - HƏRƏKƏTƏ KEÇİB
Ermənistanda Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı törətməsi ilə məşhur olan general Manvel Qriqoryan Paşinyanı devirmək üçün hərəkətə keçib.
Ermənistan mediası xəbər verir ki, Manvel Qriqoryanın göstərişi ilə Eçmiədzində küçələrə şlaqbaumlar quraşdırılıb.
Eçmiəzdin şəhərinin meri onun oğlu Karen Qriqoryandır. Hazırda Nikol Paşinyanın göstərişi ilə Serj Sarkisyan dövründən qalmış şəhər merlərinin çıxarılması, yaxud həbs edilməsi prosesinə start verilib. Qriqoryanlar da belə bir təhlükə olarsa, müqavimət göstərmək üçün əvvəlcədən Eçmiəzdində barrikadalar qururlar.
Məlumata görə, şəhərdə insanlar təqib edilir, avtomobillərin təkərləri deşilir, vətəndaşlar döyülür.
Şəhər sakinləri şlaqbaumların qurulmasını Manvel Qriqoryanın növbəti təxribatı kimi dəyərləndirirlər. Sakinlər şəhərdə döyüşə hazırlıq atmosferinin yarandığı haqda danışırlar.
Qeyd edək ki, Manvel Qriqoryan Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlıqları ilə yadda qalıb. O, sonrakı dövrdə bu qəddarlığının “çörəyini yeyib”. Qriqoryan haqqında yayılan məlumatlara görə, o, müharibə zamanı erməni hərbi birləşmələri tərəfindən əsir götürülən azərbaycanlılardan birini öz evində 4 il müddətində qul kimi işlədib.