18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Bizi öldürməyə, zorlamağa, kəsməyə çağırış edirlər” – erməni jurnalist həyatına təhdidlərdən danışdı
Müdafiə naziri Vigen Sarkisyanın karikaturasını dərc etdirdikdən sonra Ermənistanın medialab.am saytına təhdidlər gəlməyə başlayıb.
Emtv.az xəbər verir ki, saytda gedən karikatura nazirliyin keçən ilə gül almaq üçün Ermənistan dövlət büdcəsindən 7 milyon dram xərcləməsini məsxərəyə qoyub. Şəkildə generallardan biri təkayaqlı əsgərə corab uzadıb deyir ki, bu ona kifayət edər.
Sosial şəbəkə istifadəçisi Ayk Berman Ohanyan saytın ünvanına bu məzmunda təhdid göndərib:
“Sizə elə gəlmir ki, sərhədi keçmisiz? Baxın, ha.. birdən o fransızların (“Şarli Hebdo”) başına gələnlər sizin başınıza gəlməsin”.
“Şərhlərdən sonra məsələ şəxsi yazışmalara keçdi və beləliklə təhdidlər gəlməyə başladı. Yazdım ki, mən yaxşı başa düşürəm kim qarşı çıxmışam” – saytın rəhbəri Epress.am saytına müsahibəsində deyib.
Redaksiya məsələ ilə bağlı Helsinki Vətəndaş Assambleyasının dəstəyi ilə hüquq-mühafizə orqanlarına müraciət etmək fikrindədir.
Sayt rəhbərinin dediyinə görə, təhdid edən şəxs şərhini silsə də, nazir Sarkisyanın başqa karikaturası altında bənzər təhdidlər yazılmağa başlanılıb.
“Əslinə qalanda biz internetdə çoxlu təhdid alırıq. Bir qayda olaraq, onların arasında “Şarli Hebdo”nun aqibətini bizə xatırladanlar çoxdur. Bu həmişə olub. Sadəcə mən buna əhəmiyyət vermirdim. Qorik Akopyan (mərhum Milli Təhlükəsizlik Xidməti sədri) haqda Mqer Arşakyanın məqaləsi dərc olunanda bu baş vermişdi. Məqaləni “Facebook”a yerləşdirdik. Saxta istifadəçi isə açıq şəkildə həyatımızı təhdid etməyə başladı. Tez-tez “həddinizi aşmayın” kimi mesajlar yazırlar.
“Medialab” əməkdaşları virtual aləmdən xaricdə də təzyiqlərlə üzləşiblər. Təhdidlər çox olub. Karikaturaların müəlliflərini öldürməyə, zorlamağa, kəsməyə çağırış edirlər. Bunlardan əlavə real təhdidlər də olub. Bir vaxt xaricdə yaşayana karikaturaçımız bizimlə əməkdaşlığı dayandırdı. Belə ki, qonşularına gələn adamlar onun anası haqda soruşurlarmış. O, sadəcə olaraq valideynləri ilə problemlərin olmasını istəməyərək bizimlə işləməyi dayandırdı” – Qriqoryan belə deyib.
2016-cı ildə Qriqoryanın avtomobilinə edilən hücumun kim tərəfindən edilməsi bu günədək açılmayıb. O, zaman qarətçilər maşının şüşəsini sındıraraq karikaturalardan birini oğurlamışdı.
“Kimsəni də tapmadılar. Bu qəribədir, çünki bu rayonda bütün yollarda kameralar quraşdırılıb və bu cinayətin üstünü açmaq çox asan olardı” – Qriqoryan deyib.
Emtv.az