SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: "Azərbaycanda daxili risklər və təhdidlər yoxdur"

23-01-2018, 14:18 | Oxunub: 10 554 |

İlham Əliyev: "Azərbaycanda daxili risklər və təhdidlər yoxdur"

Azərbaycanda daxili risklər və təhdidlər yoxdur.

Emtv.az trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.

Dövlətimizin başçısı qeyd edib: "Düşünürəm ki, hər bir ölkə üçün, xüsusən bizim regionda qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycanda daxili risklər və təhdidlər yoxdur və ona görə də biz öz sərhədlərimizdə təhlükəsizliyə zəmanət veririk".

İlham Əliyev bildirib ki, ən yaxşı yol öz milli maraqlarını və qonşuların milli maraqlarını nəzərə alaraq qonşularla praqmatik və səmimi əlaqələr qurmaqdır: "Biz ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibət qurmuşuq. Qonşuluğumuzda olan hər bir ölkə ilə xüsusi əməkdaşlıq formatımız var".

Prezident vurğulayıb ki, Azərbaycan müstəqillik baxımından gənc ölkədir, cəmi 26 yaşı var, lakin Azərbaycan özünü tam müstəqil dövlət kimi möhkəmləndirməyi bacarıb: "Azərbaycan öz milli maraqları əsasında və heç bir qonşu ölkənin milli maraqlarına zidd olmadan müstəqil xarici siyasət yürüdür".

Dövlət başçısı əlavə edib ki, qonşularının çoxundan kiçik olan bir ölkə üçün xüsusi balans tapmaq və qonşuluğun üstünlüklərindən faydalanmaq çox vacibdir:

"Çünki böyük qonşular böyük bazarlar deməkdir və bizim üçün ən yaxşı bazar qonşularımızın bazarıdır. Ona görə də hesab edirəm ki, qonşuluqda qarşılıqlı maraqlar, maraqların balanslaşdırılması, bir-birinin daxili işinə qarışmama və əməkdaşlığa praqmatik və praktiki yanaşma ölkəmizin uğurunun, daxili sabitliyin və gələcək üçün yaxşı perspektivlərin əsas səbəblərindən biridir".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR