SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“ÖLKƏNİ XARİCİ TƏHLÜKƏLƏRDƏN QORUMALIYIQ” - İlham Əliyev

26-05-2017, 10:44 | Oxunub: 12 957 |

“ÖLKƏNİ XARİCİ TƏHLÜKƏLƏRDƏN QORUMALIYIQ” - İlham Əliyev
Mayın 26-da “Buta” sarayında Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Tədbirdə çıxış edərək, prezident İlham Əliyev bildirib ki, Azərbaycan Demokratik Respublikasının qurulması Azərbaycan xalqı və bütün dünya üçün tarixi hadisədir, belə ki, müsəlman dünyasında ilk dəfə demokratik respublika yaradılmışdı.

“Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaradıblar. Biz, təbii ki, bununla fəxr edirik. Məhz bizdən sonra demokratik respublikalar digər müsəlman dövlətlərində qurulmağa başlayıb. Azərbaycan xalqı və dövləti Azərbaycan Demokratik Respublikasının qurucularına daim böyük hörmətlə yanaşıb, onların xatirəsini qəlblərində yaşadırlar. Təəssüf ki, Azərbaycan Demokratik Respublikası qısa müddətdə mövcud olub. İki ildən sonra respublika süqut edib. Bu bir daha onu gözləyir ki, müstəqilliyi qorumaq onu qazanmaqdan çətindir”, - prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, 1991-ci ildə bərpa edilmiş müstəqillik böyük tarixi şans, böyük nailiyyət olub.
Prezident qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk iki ili formal xarakter daşıyıb, belə ki, o zaman ölkəni idarə etmiş şəxslər tarixi şansdan istifadə edə bilmədilər.


Dövlət başçısı əlavə edib ki, bu qüvvələr ölkəni vətəndaş müharibəsi girdabına sürükləyiblər.
Ölkədə hazırkı ictimai-siyasi vəziyyətə toxunaraq, prezident qeyd edib ki, ölkə daxilində risklər yoxdur – risklər xaricdən qaynaqlanır. “Biz ölkəni xarici təhlükələrdən qorumalıyıq”, – prezident bildirib və əlavə edib ki, Azərbaycan yalnız öz milli maraqlarından hərəkət edir və xarici siyasətdə heç bir avantüraya getməyəcək.

“Dünyada bizə hörmət edirlər və əməkdaşlığa can atırlar. Azərbaycanın heç bir ölkə ilə problemi yoxdur, Ermənistan istisna olmaqla”, – İlham Əliyev deyib. Prezident islam ölkələri ilə münasibətləri xüsusi qeyd edib, bildirib ki, islam dünyası Azərbaycanın Qarabağ məsələsində mövqeyini müdafiə edir.

Beynəlxalq siyasət haqda danışan İlham Əliyev ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərini yüksək qiymətləndirib. “Tramp dedi ki, başqa ölkələrin daxili işlərinə qarışmayacaq. Axı Azərbaycan təbliğat hücumu ilə üzləşən ölkələrdən biri idi. İndi Donald Trampın hakimiyyətə gəlişindən sonra biz artıq görürük ki, başqa ölkələrin daxili işlərinə qarışmaq tendensiyası azalmağa başlayır”, – prezident bildirib.
İlham Əliyev Ağ Evin yeni siyasətindən məmnun olduğunu xüsusi vurğulayıb. “Biz özümüz heç kimin işlərinə qarışmırıq və başqalarına da imkan vermirik ki, bizim işlərimizə qarışsınlar. İmkan verməyəcəyik ki, kimlərsə bizə nəyi necə etməli olduğumuz haqda öz mövqelərini qəbul etdirməyə çalışsın”, – prezident qeyd edib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR