18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erməni generaldan sensasion çağırış - “Artıq düşmənə qarşı nüvə silahından istifadə etməyin vaxtıdır, çünki onlar türkdür”
Erməni general Naxçıvan Muxtar Respublikasına olan torpaq iddilarından danışıb.
“Ermənistanın Silahlı Qüvvələri Azərbaycana qarşı “İsgəndər” raket kompleksindən istifadə etməlidir. Bunu isə Ermənistan deyil, Artsax etməlidir”
Emtv.az erməni KİV-nin yazdıqları məlumatlara istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın sabiq rəisi, 1993-cü ildə Müdafiə Nazirliyində köməkçi vəzifəsində işləyən general-leytenant Norat Ter-Qriqoryants birinci kanala verdiyi müsahibəsində deyib.
O, Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın “İsgəndər” silahlarından hansı məqamlarda istifadə edilə biləcəyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib.
Norat Ter-Qriqoryants misal çəkərək “Əgər düşmən Rusiya Federasiyasına hücum edərsə, Rusiya düşmənə cavab olaraq nüvə silahından istifadə etmək hüququna malikdir. Mənim nə demək istədiyimi yəqin ki, siz anladınız?! Bu vəziyyətdə niyə Qarabağ bu silahdan istifadə etməsin?
Əgər adi vasitələrlə təcavüzkarların qarşısını almaq mümkün olmasa, o zaman əlimizdə olan bütün vasitələrdən – “İsgəndər”lərdən istifadə etməliyik”.
Kanal əməkdaşları Ermənistanın həqiqətən də bu silahlardan istifadə ediləcəyini dəqiqləşdirmək üçün Norat Ter-Qriqoryantsa sual veriblər. O isə “Niyə də yox? Əlbəttə, mümkündür. Mən bunu təxmin etmirəm, mən buna əminəm ki, bu silahlardan istifadə etmək lazımdır. Lakin bunu Ermənistan yox, Artsax etməlidir. Çünki Ermənistana hücum etmirlər, Artsaxa hücum edirlər. Əgər Ermənistana hücum edilsə, bu zaman silahın bütün vasitələrindən, hətta kimyəvi silahdan da istifadə edilməlidir, əgər o varsa… Artıq düşmənə qarşı nüvə silahından istifadə etməyin vaxtıdır. Çünki onlar türkdür. Bu isə onları məhv etməyin yeganə yoludur”.
Daha sonra məşhur erməni general Norat Ter-Qriqoryants məkrini birüzə verərək Azərbaycanı türk faşist dövləti adlandırıb və bunları deyib: “Azərbaycanın bir məqsədi var: Artsaxı ələ keçirmək və 20-ci əsrdə Türkiyənin etdiyi kimi orda yaşayan erməniləri məhv etməkdir”.
Erməni general verdiyi müsahibəsində Naxçıvan Muxtar Respublikasına olan torpaq iddilarından da danışıb. “Erməni xalqımız bu təcavüzkar dövlətin əsarəti altına düşüb. Naxçıvanda bütün ermənilər yoxa çıxarıldıqdan sonra Azərbaycan müqavilə imzalayaraq həmin torpaqlara sahiblənib. Halbuki həmin ərazilər də Ermənistan əraziləridir və 1921-ci ilin 16 mart tarixində imzalanmış Moskva sülh müqaviləsi çərçivəsində həmin torpaqlar Azərbaycana verilib. Ona görə də bu müharibə onlar bir-birilərini məhv edənə kimi davam edəcək”.
Emtv.az