18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
NÜVƏ SİLAHI ERMƏNİSTANIN ÖZÜNƏ PROBLEM OLA BİLƏR
Ermənistanın nüvə silahından istifadə etmək təhdidləri yalnız Ermənistanın özü üçün hüquqi və siyasi problemlər yarada bilər.
Ekspert bildirib ki, bu təhdid heç bir çərçivəyə sığmır: "Əgər Ermənistanın nüvə silahı varsa, bununla müvafiq beynəlxalq qurumlar məşğul olmalıdır ki, məsələni aydınlaşdırsınlar".
Onun sözlərinə görə, əgər Ermənistan köhnəlmiş "Metsamor" AES-i nəzərdə tutursa, onda hər şey onlar üçün daha pisdir: "Ermənistan rəhbərliyi ölkəni qəsdən məhvə aparır. İstənilən halda bu bəyanatlara inanmaq lazım deyil. Ankara və Bakı bu bəyanatın hüquqi tərəfi ilə məşğul olmalıdırlar".
Ekspert əlavə edib ki, "Metsamor" AES təhlükəsizliyə təhdiddir və bu məsələni təcili araşdırmaq lazımdır.
Qeyd edək ki, Ermənistanın sabiq Baş naziri, ölkə parlamentinin deputatı Qrant Baqratyan mətbuat konfransında bildirmişdi ki, Ermənistanın atom silahı var.
"EMTV.az" xəbər verir ki, Jurnalistlərin məsələni aydınlaşdırmaq xahişinə cavab olaraq Q.Baqratyan demişdi ki, Ermənistanın atom silahını yaratmaq üçün imkanları var və əlavə edib: "Bizim atom silahımız var".