SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda narkotik qaçaqmalçılığı üzrə daha bir fakt aşkarlanıb

1-06-2018, 13:59 | Oxunub: 7 835 |

Naxçıvanda narkotik qaçaqmalçılığı üzrə daha bir fakt aşkarlanıb
Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb.

Emtv.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru Rahil Tahirli naxçıvantv.az-a bildirib ki, faktla bağlı araşdırma zamanı Azərbaycan Respublikası vətəndaşı, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasından əldə etdiyi narkotik vasitəni Naxçıvana gətirmək və buradan da hava yolu ilə Bakıya aparmaq istəyib.

O, bu məqsədlə adı istintaqa məlum olan şəxslərlə cinayət əlaqəsinə girərək Aslandüz şəhərində əldə etdiyi narkotik vasitəni gömrük nəzarətindən gizlin keçirməkdən ötrü öz bədən üzvlərində – mədə və düz bağırsaqda gizlədib. Naxçıvan Muxtar Respublikasının Culfa gömrük-sərhəd buraxılış məntəqindən keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvlərindən 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə – heroin və 15 bükümdə ümumi çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələrin”in I Siyahısına daxil edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, vətəndaşlar tərəfindən İrandan əldə edilən narkotikanı Naxçıvan ərazisinə keçirmək və buradan hava yolu ilə Bakıya aparmaqla bağlı bundan əvvəl də müxtəlif cəhdlər olub. Cari ilin beş ayı ərzində muxtar respublika gömrük orqanları tərəfindən bu istiqamətdə 5 fakt aşkarlanıb və bu cinayət əməlləri üzrə 6 Azərbaycan Respublikası vətəndaşı həbs edilib.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR