18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Külli miqdarda narkotik vasitəni aşkarlayan Naxçıvan gömrükçüləri mükafatlandırılıb
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən mətbuata verilən məlumta görə, bu günlərdə külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısının alınmasında iştirak edən dörd gömrükçü mükafatlandırılıb.
Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən tədbirdə çıxış edən komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov muxtar respublikada gömrük orqanlarının fəaliyyəti üçün yaradılan hərtərəfli şəraitdən danışıb. Qeyd olunub ki, gömrük orqanlarında ən müasir rentgen-nəzarət qurğularının və digər texniki nəzarət vasitələrinin mövcud olması, kinoloji xidmətin səmərəli təşkili, əməliyyat axtarış fəaliyyətinin genişləndirilməsi imkan verir ki, muxtar respublikamıza bütün istiqamətlərdə gələn sərnişinlərə, mal və nəqliyyat vasitələrinə gömrük baxışı dolğun şəkildə həyata keçirilə bilsin. Bu günlərdə X-Ray tipli rentgen-nəzarət qurğusunun köməyilə aşkarlanan külli miqdarda narkotik qaçaqmalçılığı faktı da dövlətimiz tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir.
Narkotik qaçaqmalçılığı faktının aşkarlanmasında əməyi olan gömrükçüləri təbrik edən komitə sədri onlara “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalını təqdim edib. Qeyd edək ki, gömrük orqanlarında öz vəzifələrini nümunəvi şəkildə yerinə yetirdiyinə və xidmətdə yüksək nəticələr əldə etdiklərinə görə bu medalla təltif olunan gömrükçülər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəxri fərmanı ilə də mükafatlandırılıblar.
Xatırladaq ki, külli miqdarda narkotik qaçaqmalçılığı faktı iyun ayının 18-də Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1967-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi 07 MCK 92 dövlət nömrə nişanlı Volvo markalı yük maşınına gömrük baxışı həyata keçirilən zaman qoşqunun döşəmə hissəsində 180 bükümdə qablaşdırılaraq gizlədilmiş ümumi çəkisi 93,6 kq narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedəcəyi müəyyən olunub.Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.ğ
Emtv.az