SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Cəlilabadda məmur oyunbazlığı... - İDDİA

25-05-2018, 13:22 | Oxunub: 9 286 |

Cəlilabadda məmur oyunbazlığı... - İDDİA
Cəlilabad Rayon Maliyyə İdarəsi rəisi Əlinazim Quliyevin yeni icra başçısı Namiq Zeynalovla dil tapa bildiyi deyilir.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, maliyyə rəisi ilə təzə başçının yola getdiyi söylənir. Əmlak Komitəsi sədri Kərəm Həsənovun kadrı olan icra başçısı üçün maliyyə müdiri ilə işləmək çətin olmayıb.

Buna səbəb həm reyestr xidmətində işlədiyi dövrdə N.Zeynalovun müxtəlif qeyri-rəsmi məsələlərdən təcrübəsinin olmasıdırsa, digər səbəbin Ə.Quliyevin ustalığıdır.

O, icra hakimləri ilə necə işləmək lazım gəldiyini bilir. Onun fəaliyyəti dövründə yol verdiyi nöqsanlar, maxinasiyalar, nazirlikdən gizli maliyyə işləri, büdcə təşkilatları ilə birgə mənimsəmələr artıq vərdişə çevrilib.

İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.

Cəlilabad toylarında qarmon çalan, “helloza” mahnısının məhşur ifaçısı kimi tanınmış bu şəxs indi Cəlilabad Rayon Maliyyə idarəsinin rəisi işləyir.

Ona görə də Quliyev Əlinazim Şahsuvar oğlu qarmondan əlavə maliyyə əməliyyatlarının mahir ifaçısıdır.

Üstəlik, dövlət başçısının sərəncamına uyğun olaraq, ali təhsili olmayan şəxslər heç bir vəzifədə, o cümlədən idarə rəhbəri vəzifəsində işləyə bilməz.

Ə.Quliyev isə bir neçə icra başçısı ilə işləməyə və postunda əbədiləşməyə söz verib. İddialara görə, hətta idarə rəisi bütün yığıncaqlarda açıq şəkildə deyir ki, onun yuxarılarda yetərli qədər güclü adamları var və bu səbəbdən də diplomsuz halda vəzifəsində qala bilir.


Maraqlıdır ki, heç bir iqtisadi savadı olmayan bu adama Cəlilabad kimi bir rayonun maliyyəsini necə etibar ediblər?

Emtv.az yerli KİV-ə istinadla xəbər verir ki, Ə.Quliyev qazandığı pullara mal-mülk, biznes obyektləri əldə edib.

Onun fəaliyyətinin yoxlanılması və təftiş edilməsi istənilir. Nazirdən Cəlilabada komissiya göndərilməsi xahiş olunur.

İndiyə qədər anonim məktublarla dolu şikayətlər nazirliyə göndərilsə də, S.Şərifov cənub bölgəsindəki bu kadrı barəsində tədbir görməyib.

Ümumiyyətlə, əksər rayon maliyyə idarələrindən mətbuatda neqativ məlumatlara rast gəlmək olar.

Bəzi media quruluşlarında gedən xəbərlərə görə, Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifovun 1-ci müavini Azər Bayramov vəzifə səlahiyyətlərindən istifadə edərək, dostları, qohumları və yerlilərini şəhər (rayon) maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir.

Eyni zamanda, onun 1 saylı Xəzinədarlıq İdarəsi və bu idarənin rəisi Nadir Qarayev vasitəsiylə necə rüşvət mexanizmi tətbiq etməsi haqda informasiyalar var. Maliyyə naziri Samir Şərifov həqiqətənmi işləri bu qədər nəzarətsiz buraxıb?

Bu da azmış kimi, Cəlilabad maliyyə idarə rəisi bəzi KİV-lərdə özü haqda tərifli yazılar yazdırır. Nazirin etmədiyinə cürət edən Ə.Quliyev özünü yaxşı maliyyəçi kimi təqdim edir.

Mediaya istinadla xəbər veririk ki, Cəlilabad rayonunda fəaliyyət göstərən iş adamları, eləcə də ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən ciddi şəkildə narazılıq edirlər.

Əlinazim Quliyevin müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirlən tenderlərdə iştirakdan məhrum qalırlar.

Əlinazim Quliyevin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə şöbəsindən razılıq alınmalıdır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR