SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazirin Kürdəmirdəki kadrı “yay yuxusu”nda: İdarə rəisi niyə rayonları yoxlamır?

19-07-2017, 14:20 | Oxunub: 8 503 |

Nazirin Kürdəmirdəki kadrı “yay yuxusu”nda: İdarə rəisi niyə rayonları yoxlamır?
Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi rəisi Elman Məmmədovun “yay yuxusu”na getdiyi bildirilir.

Mətbuata mədəniyyət idarəsi işçilərindən sızan xəbərə görə, E.Məmmədov bu mövsüm yüksək səviyyədə istirahət edir.

Ona bu rayona gəlmək düşərli olub və toy-bayrama çevrilib. Yaxın ətrafı ilə söhbətində nazirdən razılıq edən E.Məmmədov belə “yağlı” regiona təyinat aldığı üçün minnətdardır.

Ona görə də idarə rəisi nə rayonlara yoxlama aparır, nə fəaliyyətini yoxlayır. Onun işi ştat vahidlərini artırıb işçi götürməklə ”ölü can”lar saxlamaqdır.

Bundan başqa, iddialardan biri budur ki, E.Məmmədov Qarabağ müharibəsi veteranı olması vəsiqəsindən sui-istifadə edir. Bu imtiyazdan yararlanan idarə direktorunun fermaları, təsərrüfatları, biznes məkanları olduğu iddia edilir.

Onun müavini bundan əvvəl təkzib mətni ilə çıxış etsə də, idarə rəisi özü susqunluq nümayiş etdirir. Halbuki Kürdəmir mədəniyyət idarəsinin bir yoxlamalıq canı var ki, nöqsanlar aşkarlansın.


Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, başqa bir iddia isə ixtisarların olmasıdır. İdarə rəisi Kürdəmir və Füzulidə ixtisarlar həyata keçirmir. Ancaq idarənin İmişli və Xocavənd şöbələrini boşaldır.


Eyni zamanda onun Kürdəmirdə peşəkar mütəxəssislər qaldığı halda Füzulidən Emin İbrahimov adlı adamını baş məsləhətçi gətirməsi, ona 300 manat maaş kəsməsi narazılıq doğurub.

Hələ o da ayrı məsələdir ki, baş məsləhətçi 300 manatla Kürdəmirdə necə yaşayır - onun kirayə pulu, gündəlik xərcləri həmin məbləği aşır.

E.Məmmədovun önəmli adamlarından biri də müavini, Kürdəmir mədəniyyət şöbəsinin müdiri olmuş Vaqif Alıyevdir. V.Alıyev rayondakı nüfuzundan sui-istifadə edərək Kürdəmirdə ixtisarların qarşısını alıb.

Lakin proses İmişlidə və Xocavənddə reallaşıb, kütləvi şəkildə ixtisarlar aparılıb. Maraqlısı budur ki, idarə rəisi ixtisar apardığı rayonlarda yoxlama aparmayıb, təftiş etməyib ki, hansı problemlər var.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR