17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azad Rəhimovun qudası Binəqədiyə icra başçısı gətirilə bilər
Prezident İlham Əliyevin sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Xaləddin İsgəndərovun yerinə təyinatla bağlı daha bir şəxsin adı hallanır.
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, Bakının kifayət qədər böyük rayonlarından birinə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun gətiriləcəyi gözlənilir. Bildirilir ki, bu rayona rəhbər gətirilməsi üçün hakim dairələrdə bir neçə nəfər müzakirə edilir. Onlardan biri də N. Bayramovdur. İcra başçısı bu gün Prezident Administrasiyasında olub. Ehtimal olunur ki, onun PA-ya çağırılması bu məsələ ilə bağlıdır.
Məlumat üçün bildirək ki, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.
Bakıda göydələnlər tikən və biznesini məhz mərkəzdə quran Niyazi Bayramov paytaxtın rayonlarının birinə icra başçısı gəlməsi üçün illərdir, mübarizə aparır. Bir müddət əvvələ kimi onun Yasamal Rayon İcra Hakimiyyətinə başçı təyin olunacağı barədə informasiyalar dolaşırdı.
Qeyd edək ki, Binəqədiyə icra başçısı gətirilməsi ilə bağlı adı hallanan şəxslərdən biri də Əhəd Abıyevdir. Mətbuatda onun Binəqədi İH-nin inzibati binasında görüldüyü, bu rayona başçı gətiriləcəyi barədə xəbərlər yazılsa da, Ə. Abıyev təkzib etmişdi.
Emtv.az