17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Vəzifəsiz qalan icra başçısı DANIŞDI: "Yığışıb gedirəm evə”
Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
Emtv.az qafqazinfo-ya istinadən xəbər verir ki, X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır.
Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.
Qeyd edək ki, yaxın saatlarda bu barədə prezident sərəncamının yayımlanacağı gözlənilir.
***
Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda prezident İlham Əliyev sərəncam verib. Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb.
Emtv.az xəbər verir ki, Xaləddin İsgəndərov mətbuata açıqlamasında xəbəri təsdiqləyib: "Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.
Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, "heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.
Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.
Emtv.az