18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda narkobaron ələ keçdi - Evində laboratoriya və silah-sursat aşkarlandı
Balakəndə narkobaron həbs edilib, onun yaşadığı evdə narkotik vasitələri istehsal etmək üçün laboratoriya və silah-sursat aşkarlanıb.
Emtv.az apa-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri keçirib. RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qaysa kəndində anadan olan, 1971-ci il təvəllüdlü Məmməd Əli oğlu Şamxalovun Balakən şəhərindəki fərdi yaşayış evində əməliyyat tədbiri aparılıb.
Tədbir nəticəsində rayonda və respublika ərazisində narkobaron kimi tanınan və bu günə qədər məsuliyyətdən yayınmağı bacaran Məmməd Şamxalovun yaşadığı evdə 57 kiloqram qurudulmuş marixuana, 2147 ədəd çətənə toxumu, müxtəlif təyinatlı silahlar və narkotik vasitələrin istehsal etmək üçün avadanlıqla təchiz olunmuş laboratoriya aşkar edilib. Evin həyətyanı sahəsində isə kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 135 ədəd çətənə bitkisinin kolları aşkar olunub. Narkotik vasitələr və silahlar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı Balakən rayon PŞ-də istintaq tədbirləri davam etdirilir.
Emtv.az