18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanın xarici ticarət dövriyyəsində 87 milyon 522 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb
Yanvar-aprel aylarında muxtar respublikada 108 milyon 711 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 98 milyon 117 min 200 ABŞ dolları təşkil edib, 87 milyon 522 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Emtv.az xəbər verir ki, Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən azərtac-ın Naxçıvan bürosuna bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 421 manata çatıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikasında bank sektoru uğurla fəaliyyət göstərir. 2018-ci il 1 may tarixinə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 69 min 757-yə çatıb ki, bunun da 60 min 823-ü və ya 87,2 faizi aktiv hesablardır. Yanvar-aprel aylarında açılmış 5131 bank hesabının 5063-ü aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı isə mayın 1-nə 1266-ya çatıb.
Emtv.az