18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nazirliyin aparat rəhbəri ilə bağlı sensasinon fakt – 300 min rüşvət alıbmış
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin aparat rəhbəri Əjdər Cəbiyevlə bağlı (Əjdər Ol) sensasion fakt üzə çıxıb.
Emtv.az yerli mətbuata istinadən bildirir ki, Ə.Cəbiyevin Aparat rəhbəri olduğu dövrdə rüşvət aldığı adamlar işlərinin düzəlməməsi səbəbindən pullarını geri tələb edirlər.
Məlumatlı mənbə deyib ki, ayrı-ayrı şəxsləri müvafiq vəzifələrə qoymaq vədi ilə onlardan külli miqdarda pul alıb:
"Bildiyiniz kimi, Əjdər Ol sabiq nazir Səlim Müslümovun ən yaxın adamı olub. O, nazirlikdə təyinatlar, işə götürmək, yeyinti və rüşvət şəbəkəsini idarə edirdi. Sahil Babayev nazir təyin olunan kimi Əjdər ola pul verənlər onu axtarmağa başladılar. 150 min manatdan 300 min manata qədər bir neçə adamdan pul alaraq birini TSEK rəhbəri, birini baş həkim, birini komissiya sədri, pensiya təyinatı üzrə şöbə müdiri və digər vəzifələrlə təyin etmək vədi vermişdi. Hətta elə adam olub ki, onda 56 min dollar pul alıb. Yeni nazir gələn günü səhəri pul verənlər nazirliyə gələrək Əjdər Oldan pullarını geri tələb ediblər. Məlum olduğu kimi, qısa müddət ərzində Sahil Babayev Əjdər Olu işdən çıxardı. Bu səbəbdən də sabiq aparat rəhbərinə rüşvət verənlər pullarını geri almaq üçün evinə gedirlər”.
Məlumatlı şəxs onu da deyib ki, vəzifə üçün pul verənlər hüquq-mühafizə orqanlarına şikayət etmək barədə düşünürlər.
Emtv.az