SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Səlim Müslümovun “qara qutusu” hansı problemlə üzləşib? Böyük talanın izi ilə ...

30-04-2018, 12:46 | Oxunub: 14 751 |

Səlim Müslümovun “qara qutusu” hansı problemlə üzləşib? Böyük talanın izi ilə ...
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində həyata keçirilən bütün qaranlıq maliyyə əməliyyatlarının arxasında İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın dayandığı bildirilir.

Prezident İlham Əliyev aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu vəzifədən azad edərək, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin etmisındin sonra bu qurumda böyük dəyişikliklərin olacağı barədə məlumatlar yayılmaqdadır.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş nazir Səlim Müslümovun ən yaxın adamlarının indiyə kimi həyata keçirtdikləri maliyyə maxinasiyaları barədə araşıdırmalara başlanılıb. Sabiq nazirinin adamlarının maxinasiyaları ciddi şəkildə araşdırılısa çox güman ki, xeyli sayda məmurun dövlət vəsaitlərinin mənimsənilməsi ilə işdən çıxarılması və hətta ola bilsin ki, bəzilərinin həbs olunması ilə nəticələnəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən mətbuata daxil olan məlumatda vurğulanır ki, hazırda nazirlik içində Səlim Müslümovun əsas komandasında olan və qurumun maliyyə işlərinə nəzarət edən şəxslərin işləri araşdırılmaqdadır. Bu şəxslərdən biridə nazirliyin bütün maliyyə, tender və sair əməliyyatlarının aparıldığı və keçmiş nazirin “qara qutusu” olaraq bilinən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadır.

Şəlalə Cəfərovanın sabiq nazir Səlim Müslümova yaxın kadr olması və nazirin bir çox qaranlıq maliyyə əməliyyatlarının məhz xanım Cəfərova tərəfindən həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində hər kəs bilir. Məlumatda vurğulanır ki, keçmiş nazir Səlim Müslümovun əsasən nazirlikdə inandığı iki şəxs olub. Bunlardan biri Nazirliyin icra aparatının rəhbəriƏjdər Cəbiyev, digəri isə məhz Şəlalə Cəfərova olub. Məlumatda Nazirliyin İqtisadiyyat şöbəsi müdiri ilə aparat rəhbəri Əjdər Cəbiyevin də yaxşı münasibətlərinin olduğu və vaxtı ilə birlikdə çoxlu maliyyə əməliyyatları həyata keçirtdikləri də vurğulanır.

Məlumatda bildirilir ki, nazirlikdəki maliyyə, tender maxinasiyaları ilə bağlı aparılan araşdırmaların üzərində ciddi dayansalar, bu zaman İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın durumu çox ağır ola bilər. Yəni xanım şöbə müdiri təkcə vəzifəsi ilə deyil həmdə azadlığı ilə vidalaşa bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR