17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub
Saytımızda tez-tez işıqlandırdığımız məsələlərdən biri də təhsil sahəsində mövcud olan problemlərdir. Təəssüf ki, bu sahədə çoxsaylı neqativ hallar var. O da təəssüf doğurur ki, təkcə uşaqlar və valideynlərin deyil, müəllimlərin belə hüquqlarının pozulması halları baş verir.
Mətbuata daxil olan məlumata görə, Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimov müəllimləri hesaba otuzdurub. Məlumatlı mənbənin bildirdiyinə görə, keçən aprel ayında hər müəllimdən 50 manat pul yığılıb. Buna etiraz edən müəllimləri dərs saatlarını azaltmaqla, işdən azad etməklə hədələyiblər. Əjdər Kərimov bütün məktəb direktorlarını yığaraq bildirib ki, Maliyyə Hesablaşma Mərkəzindən gəliblər,onları yola salmalıyıq. Bəzi direktorlar Əjdər Kərimova bildiriblər ki, müəllimlər buna etiraz edir,deyirlər 120 manat maaş alırıq bu pulu necə verək.Hətta qadın direktorlardan biri Əjdər Kərimovu döymək istəyib, Əjdər Kərimov arxa qapıdan qaçıb.
Belə özbaşınalıqların baş alıb getməsi Təhsil naziri Mikayıl Cabbarov tərəfindən hələ də susqunluqla qarşılanır. Görünür, “aşağılar”da baş verən özbaşınalıqlardan “yuxarılar”ın xəbəri yoxdur. Ya da bu özbaşınalıqlara elə “yuxarılar” özü rəvac verir. Biz müəllimlərin ciddi narazılıq etdiyi şikayəti işıqlandırdıq. Tədbir görmək isə Təhsil Nazirliyinin vəzifəsidir.
Emtv.az