17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Kiminsə 10-100 manatı yoxdursa o, ali təhsil almaq üçün sənəd verməməlidir?!"
“Qəbul imtahanlarının ödənişli keçirilməsi məqbul sayıla bilməz.”
Bunu aznews.az-a açıqlamasında təhsil üzrə ekspert, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Tarif Şurasının dövlət imtahanı ilə bağlı təyin etdiyi qiymətlərə münasibətində bildirib. Əjdər Ağayev bu addımın təhsil prosesinin nəticəsi olduğunu deyib:
“Bizim cəmiyyətdə elə insanlar var ki, onlar Tarif Şurasının təyin etdiyi məbləğdən də artıq verə bilər. Amma böyük əksəriyyət tələb olunan məbləği verə bilməz. Qabiliyyətli insanın 10-100 manatı yoxdursa o, ali təhsil almaq üçün sənəd verməməlidir? Yaxud da sənəd vermək üçün kimlərəsə ağız açıb borca düşməlidir? Hardansa kredit götürüb sonra onu qaytarmaqda çətinlik çəkməlidir? Düşünürəm ki, yalnız təhsil ödənişi ola bilər. Qaldı ki, vətəndaşın təhsil alması üçün imtahanın keçirilməsi şəraitinə bu Dövlət İmtahan Mərkəzinin borcudur. Bəyəm bu zavoddu, fabrikdi ki, Tarif Şurası buna qiymət təyin edib? Tarif Şurası uşağın biliyinin qiymətini necə qoya bilər? Savadın Tarif Şurasına nə aidiyyatı var?”
Əjdər Ağayev hesab edir ki, dövlət imtahanı üçün Tariff Şurasının təyin etdiyi qiymət çoxdur: “Bu 5-10 manat ola bilərdi. Qiymətlər çox bahadır və bunun abuturiyentə faydası yoxdur. Mən bu məsələyə daha düşüncəli baxılmasını məqsədəuyğun hesab edirəm. Xalqın sosial şəraitini nəzərə almaq lazımdır. Bu gün ehtiyac, borc içində yaşayan adamlar çoxdur. Onları düşünün.”
Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxıb və qərar qəbul edib. Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli müvafiq qərarları ilə təsdiq edilən qaydalara uyğun 9 qrup üzrə təsnifatlaşdırılmaqla imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirilib.
Emtv.az