17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Vəzifədən çıxarılmaq növbəsi icra başçılarına çatıb - SİYAHI
Prezident İlham Əliyev hökumətin tərkibini yenidən formalaşdırmaqla ölkənin baş nazirindən tutmuş, bir çox nazirlik, komitə və dövlət agentliklərində mühüm dəyişiklilər həyata keçirib, idaretməyə yeni simalar gətirilib.
Amma mərkəzi hakimiyyət orqanlarında aparılan kadr və struktur islahatları hələ də rayonlara sirayət etməyib.
Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, dəyişiklik növbəsi yaxın zamanlarda bəzi rayonların icra başçılarına çatacaq. Bu zaman barəsində daha çox şikayət olunan, həmçinin Prezidentin xəbərdarlıqlarına baxmayaraq, illərdir rəhbərlik etdiyi rayona kənar sərmayə cəlb edə bilməyən, əksinə, problemləri daha da dərinləşdirən icra başçıları işdən kənarlaşdırılacaqlar.
Vəzifəsindən azad olunacaq icra başçılarının siyahısında keçmiş nazirlər – Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudov, Heydər Əsədov və Səlim Müslümova yaxın olanların da adları var.
Məlumatda bildirilir ki, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov və Qazaxın icra başçısı Rəcəb Babaşov sabiq nazir Fazil Məmmədovun kadrları kimi vəzifələrindən kənarlaşdırıla bilərlər.
Zərdab, Ucar, Yardımlı və Goranboyun icra başçılarının isə Ziya Məmmədovun badına gedəcəkləri ehtimal olunur.
Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevlə digər qohumu, İsmayıllının 69 yaşlı icra başçısı Mirdamət Sadıqovun da əvvəlki kimi mövqeləri möhkəm deyil.
Adı çəkilənlərlə yanaşı, Eldar Mahmudovun karyerasına son qoyulduqdan sonra da vəzifələrini qoruyan bəzi icra başçıları var ki, onların da adları Prezident Administrasiyasının “qara siyahı”sına düşüb.
Məlumata görə, bunlarla yanaşı, YAP-da təmsil olunan bir çox icra başçıları haqqında da tədbir görüləcək. Məsələn, Beyləqanın icra başçısı Vaqif Abdullayev YAP-da mühüm post tutur, Siyasi Şura üzvüdür. Lakin icra başçısının vəzifədə iqtidara sıxıntı yaratmağı göz önündədir.
Məlumatda qeyd olunur ki, Beyləqanın başçısı Vaqif Abdullayevin rayonda insanlarla həddindən artıq kobud davranması, insanları təhqir edib, döyməsi artıq mətbuatın “bəzəyi”nə çevirilib:
“Bu azmış kimi, 62 yaşlı Vaqif Abdullayevin 1996-cı ildə - 40 yaşında ali məktəbi bitirib, cəmi 2 il sonra, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etməsi ilə yanaşı, ali məktəbi bitirdikdən 11 il sonra isə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adını necə alması artıq sosial şəbəkə üzvlərinin də geniş və istehzalı müzakirələrinə səbəb olub. Əlbəttə, pensiya yaşında olan YAP Siyası Şurasının üzvü Vaqif Abdullayevin təhsili kimi, əsasən də rayondakı özbaşınalıqları qəbuledilməzdir”.
Məlumata görə, Göygölün 61 yaşlı icra başçısı Arif Seyidov, Dəvəçinin 65 yaşlı icra başçısı Novruz Novruzov, Xaçmazın 80 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Qobustanın 68 yaşlı icra başçısı Adil Məmmədov, Şamaxıya rəhbərlik edən 58 yaşlı Asif Ağayev, Tovuzun 75 yaşlı icra başçısı Tofiq Zeynalov və başqa bir neçə icra başçısı da onlara göstərilən etimadı itiriblər.
Emtv.az