SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ziya Məmmədovun nazir qudası da İlham Əliyevin qara siyahısındadır

31-03-2017, 10:10 | Oxunub: 7 298 |

Ziya Məmmədovun nazir qudası da İlham Əliyevin qara siyahısındadır
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Müşavirədə pambıqçılıq sektoruna birbaşa cavabdeh olan kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış etməyib. Maraqlıdır ki, H.Əsədovdan başqa bütün şəxslərin çıxışına şərait yaradılıb.

Müşavirədə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.

Mətbuatın araşdırmalarına görə, H.Əsədovun "oyundankənar" vəziyyətdə qalmasına səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olmasıdır.

"Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv edildikdən sonra sabiq nazirin yaxınları da siyasi hakimiyyətin qara siyahısına düşüb. Təbii ki, bu sırada sabiq nazirin qudası, kənd təsərrüfat naziri H.Əsədov ön sıradadır. Sabiq nazirin oğlu və KTN başçısının kürəkəni Anar Məmmədova, eləcə də onun atasına siyasi hakimiyyətin qəzəbi məlumdur. Və bu qəzəb Z.Məmmədovun qudasına da münasibətdə də özünü biruzə verir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirədə H.Əsədova söz verilməməsi də buradan qaynaqlanır. Çox güman ki, yaxınlarda H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq" - deyə hakimiyyətdəki mənbə mətbuata bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR