SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Angela Merkel ABŞ-ın İranla sazişdən çıxmasını “səhv” qərar adlandırıb

11-05-2018, 15:40 | Oxunub: 11 557 |

Angela Merkel ABŞ-ın İranla sazişdən çıxmasını “səhv” qərar adlandırıb
Almaniya kansleri Angela Merkel ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasını “səhv” qərar adlandırıb.

TASS informasiya agentliyi xəbər verir ki, cümə günü Münster şəhərində katolik konfransda çıxış edən Merkel “bunun beynəlxalq intizama inamı azaltdığını” deyib. “Mən hesab edirəm ki, razılaşdırılan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilən sazişi birtərəfli şəkildə pozmaq düzgün deyil”, - deyə Almaniya nazirlər kabinetinin rəhbəri bildirib. O, ABŞ-ın qərarını “təəssüf və narahatlıq doğuran səbəb” adlandırıb.

Bununla yanaşı, kansler Tehranın ballistik proqramının, İsraillə münasibətlərinin və Suriyadakı fəaliyyətinin böyük narahatlıq yaratdığını da etiraf edib. O, həmçinin Vaşinqtonun qərarına baxmayaraq, Avropa və ABŞ arasında əməkdaşlığın böyük rol oynadığını və bunun transatlantik əməkdaşlığı şübhə altına almaq üçün əsas olmadığını deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun BMT-nin Təhlükəsizlik Şurasının və bir vaxtlar ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilən birtərəfli sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə proqramını məhdudlaşdıran Hərtərəfli Müştərək Fəaliyyət Planından – sazişdən çıxdığını elan edib. Tramp nəinki köhnə sanksiyaları bərpa edəcəyini, həm də yenilərinin qəbul olunacağını bildirib. Eyni zamanda o, ABŞ-ın yeni saziş bağlamağa hazır olduğunu deyib. Bununla yanaşı, Vaşinqton Tehrana faktiki olaraq yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürüb.

Böyük Britaniya, Almaniya və Fransa liderləri sazişin bütün iştirakçılarını onu yerinə yetirməkdə davam etməyə səsləyib. İran Prezidenti Həsən Ruhani isə öz növbəsində Tehranın sazişdən imtina etməyəcəyini və öhdəlikləri yerinə yetirəcəyini bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR