17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Putin və Merkel müzakirə apardılar
Rusiya Prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.
Kremlin mətbuat xidməti xəbər verir ki, söhbət zamanı tərəflər ABŞ-ın İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından (BHFP) birtərəfli çıxışından sonra saziş ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
"Beynəlxalq və regional təhlükəsizlik baxımından BHFP-nin qorunmasının zəruriliyi qeyd olunub", - məlumatda deyilir.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsinin 2015-ci ildə 6 beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa, Almaniya) tərəfindən əldə olunmuş İranın nüvə proqramı üzrə sazişdən çıxdığını elan edib. Bundan əlavə, Tramp sazişin əldə olunması ilə dayandırılan bütün sanksiyaların bərpa edildiyini açıqlayıb.
Emtv.az